Slimfit
  1. MEDİA

Quba rayonunun 6 kəndinə mavi yanacaq verilib

Quba rayonunun 6 kəndinə mavi yanacaq verilib
Sakura

Quba rayonunun 6 kəndinə mavi yanacaq verilib

Noyabrın 20-də Quba rayonunun 6 kəndinə mavi yanacaq verilib. Bu münasibətlə Qonaqkənd kəndində təşkil olunan tədbirdə Quba rayonunun İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, millət vəkili Vahid Əhmədov və digər qonaqlar, sakinlər iştirak ediblər. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxışında qeyd edib ki, bölgələrdə aparılan qazlaşma işləri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Məhz dövlət başçısının tapşırıqları əsasında ölkənin hər yerində, o cümlədən Qubanın ucqar kəndlərində də qaz çəkilişləri yüksək səviyyədə icra olunur.

Qeyd edək ki, Quba rayonunun 6 kəndində ümumilikdə 948 fərdi evə qaz çəkilişi başa çatıb. Kunxırt kəndində 51, Xırt kəndində 21, Atuc kəndində 3, Qonaqkənd kəndində 274, Təngəaltı kəndində 383, Afurca kəndində isə 209 evə fərdi qaz tənzimləyici və məişət tipli qaz sayğacları quraşdırılıb. Görülən işlər bu il üçün qəbul edilmiş regionlarda qazlaşdırma işlərinin sürətləndirilməsinə dair dövlət proqramı əsasında həyata keçirilib. Ümumilikdə 114 min 300 metrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR