Slimfit
  1. İDMAN

Qurban Qurbanov: "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq"

Qurban Qurbanov: "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq"
Sakura

Qurban Qurbanov: "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq"

"Ayxan Abbasovu təbrik edirəm. "Sumqayıt" son matçlarda yaxşı oyun göstərir. Bu məğlubiyyəti gözləyirdim. Cari çempionatda ilk dəfə uduzduq".

 

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

47 yaşlı mütəxəssisin sözlərinə görə, heyətlə bağlı müəyyən problemlər var: "Futbolçuların üzərinə çox getməyəcəm. İki fərqli hissə oldu. Çox sadə epizodlarda top itkilərinə yol verdik. Halbuki daha soyuqqanlı olmalıydıq. Məğlubiyyəti qəbul etməliyik. Son vaxtlar tam istədiyimiz heyətlə oynaya bilmirik. Çox səbəblər axtarmaq istəmirəm. Futbolçuların fikirlərinin "Sevilya" ilə Avropa Liqasınının oyununda olduğunu düşünmürəm. Gördüm oyun da alınmır, çox da riskə getmədim. Əks halda Dani Kintananı da meydana buraxa bilərdim".

Qurbanov bildirib ki, hər bir məğlubiyyət futbolçulara təsir edir: "Biz peşəkarıq. "Sevilya" ilə matça qədər düzgün işləməliyik. Səhvləri hər kəs özü analiz edəcək. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq".

Baş məşqçi oğlu Musa Qurbanlıya əsas komandada şans verməməsinə də toxunub: "Hər şeyin öz vaxtı var. Musadan əlavə də bizimlə daha çox məşq edən gənclərimiz var. "Qarabağ"da oynamaq elə də asan deyil. Gənclər daha da çox çalışmalıdırlar". 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR