Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rahim Tağıyev Qara oğlu

Rahim Tağıyev Qara oğlu
Sakura

Doğum tarixi : 10 noyabr 1979 Vəfat tarixi: 10 iyul 2016 (36 yaşında)

Rahim Qara oğlu Tağıyev (d. 10 noyabr 1979; Mingəçevir, Azərbaycan - ö. 10 iyul 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Rahim Tağıyev 1979-cu ilin 10 noyabr günündə Mingəçevir şəhərində anadan olub. Rahim Tağıyev Vüsalə xanım ilə ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb; Ülkər, Nihat və Nicat.

Hərbi xidməti

Rahim Tağıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ağır yaralandı. Başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölüm ilə mübarizə apardı. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalsada, sonda iyulun 10-u şəhid oldu.

Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev doğulduğu Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Tağıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR