Ens.az
13 noyabr 2019, çərşənbə
.
.
chevron_left chevron_right
BİOQRAFİYA

Ramil Usubov

Ramil İdris oğlu Usubov

659 Baxış
Ramil Usubov

Ramil İdris oğlu Usubov (d. 22 dekabr1948; Xocalı, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi və polis, Azərbaycanın 7-ci daxili işlər naziri(1994—), Naxçıvan MR-nın daxili işlər naziri (1993—1994) və Naxçıvan MR-nın daxili işlər naziri (1987—1989).

 

Həyatı

Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olub. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov, 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.

 

Fəaliyyəti

Ramil Usubov 1975-ci ildən 1980-cı ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışıb. 1980-cı ildən 1984-cü ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər Nazirliyinin rəis müavini olan Ramil Usubov, 1984-cü ildən 1987-ci ilə qədər Əli-Bayramlı (hal-hazırda Şirvan şəhəri) şəhər Polis Şöbəsində rəis vəzifəsində çalışıb.

1987-ci ildə Ramil Usubov, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov tərəfindən Naxçıvan MSSR-nın daxili işlər naziri vəzifəsinə təyin edildi. 1989-cu ildə isə o, Nazirlər Sovetinin yeni sədri Ayaz Mütəllibov tərəfindən tutduğu vəzifədən azad edildi. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan Ramil Usubov, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən 1993-cü ilə qədər isə həmin orqanın Kadrlar İdarəsinin şöbə rəisi olub.

Ramil Usubov 1993-cü il avqustun 11-də Naxçıvan MR Ali Məclisininsədri Heydər Əliyev tərəfindən Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsinə təyin edildi. 1994-cü il aprelin 29-da Azərbaycan PrezidentiHeydər Əliyevin imzaladığı Sərəncam ilə isə Ramil Usubov, Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsindən azad edildi və Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edildi.[1] Azərbaycanın sayca 7-ci daxili işlər naziri olan Ramil Usubov, bu postda 1993-cü ildən həmin vəzifəni icra edən Vaqif Novruzovu əvəzlədi.

2018-ci il iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubovun I dərəcəli Vətəni xidmətə görə ordeni ilə təltif edilməsi haqqında 263 nömrəli Sərəncam imzaladı.

2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncam ilə Şöhrət ordeni ilə təltif edildi.

 

Ailəsi

Ramil Usubov ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.

  • Emil Usubov(d. 1976) — polis general-mayorudur; 2004-cü ildə "İgidliyə görə" medalı ilə, 2018-ci ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
  • Raul Usubov(d. 1979) — polis polqovniq-leytenantıdır; 2015-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X