Slimfit
  1. MEDİA

“Readmissiya prosesi bütün dünyada dayandırılıb” - Xidmət rəisi

“Readmissiya prosesi bütün dünyada dayandırılıb” - Xidmət rəisi
Sakura

“Readmissiya prosesi bütün dünyada dayandırılıb” - Xidmət rəisi

“Pandemiya ilə əlaqədar olaraq readmissiya məsələləri dünya üzrə dayandırılıb”.

Ens.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

Xidmət rəisi məsələ ilə bağlı xarici tərəfdaş qurumların məlumatlandırıldığını bildirib: “Bu məqsədlə heç bir geri qaytarılma olmayıb. Ölkədə qaçqın statusu da dayandırılmışdı, artıq qəbul edirik. Xidmət pandemiya dövründə Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq, fasiləsiz, gücləndirilmiş iş rejimində çalışıb. Bu gün “ASAN xidmət” fəaliyyətini bərpa etdiyinə görə miqrasiya xidmətləri üçün müraciət etmək istəyənlər ora gedə bilərlər. “ASAN xidmət” olmayan regionlarda regional miqrasiya idarələrinə gedə bilərlər, mobil tətbiqlə növbə götürmək olar. Region idarələrində qəbul həyata keçiririk, qəbul şöbəsi daxilində əhali sıxlığı azdırsa, bu müraciətlər qəbul edilir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR