“Real Madrid” klubu yeni oyunçulara 375 milyon avro xərcləməyə hazırdır
İspaniyanın “Real Madrid” klubunun prezidenti Florintino Peres transfer üçün 375 milyon avro pul ayırıb

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florintino Peres transfer üçün 375 milyon avro pul ayırıb.
AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, cari ilin yay transferində bahalı oyunçulardan vaz keçən Madrid təmsilçisi qış transferində 375 milyon avro xərcləyəcək.
“Kral” klubunun qış transferində ilk hədəfi Fransanın PSJ klubunun hücumçuları Neymar və Kilyan Mbape olacaq.
Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniyanın “Barselona” klubundan PSJ-yə futbol tarixində rekord məbləğə - 222 milyon avroya keçib. Ötən mövsüm braziliyalı 30 oyunda 28 qol vurub və 16 məhsuldar ötürmə edib.
Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.
Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.
-
Azərbaycan ağırlıqqaldıranı Avropa rekordunu müəyyənləşdirib
favorite0visibility14 -
PSJ Neymarın satış qiymətini aşağı salıb
favorite0visibility15 -
“Qarabağ” - “Düdelanj” oyununun hakimləri açıqlanıb
favorite0visibility15 -
Dani Kintana Azərbaycan Premyer Liqasında turun oyunçusu seçilib
favorite0visibility17
-
0
-
0
-
0
-
0
-
0
- 0 Şərh
-
Şərhi göndər