Slimfit
  1. DÜNYA

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb
Sakura

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

“Ötən il Rusiya ilə ticarət dövriyəmiz 15 faiz artaraq 26 milyard dollara çatıb”.

Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməzdən əvvəl Ankarada Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyaya səfərinin əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, rəsmi Ankara ilə Moskva arasında əməkdaşlıq güclənib və bu münasibətlər getdikcə daha da genişlənəcək. R.T.Ərdoğan söyləyib ki, bu il başlayandan Rusiya Prezidenti Vladimir Putinlə iki dəfə təkbətək görüşüb: "Bu, 2019-cu ildə üçüncü görüşümüz olacaq. Görüşdə iki ölkə arasındakı əlaqələri, Suriyadakı vəziyyət başda olmaqla bölgə və dünyada baş verən prosesləri müzakirə edəcəyik".

Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarı ilə iki ölkə arasında viza məsələsini də müzakirə edəcək: "Əsas hədəfimiz viza rejiminin bütün vətəndaşlarımızı əhatə edən formada genişləndirilməsidir". 

Qeyd edək ki, aprelin 8-də Moskvada Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq. Dövlət başçıları Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına qatılacaqlar. Sammitdə tərəflər vizanın ləğvi, Suriyadakı vəziyyəti müzakirə edəcəklər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR