Slimfit
  1. MEDİA

Region gəncləri üçün Dizayn istiqamətində layihə həyata keçirilib.

Region gəncləri üçün Dizayn istiqamətində layihə həyata keçirilib.
Sakura

Region gəncləri üçün Dizayn istiqamətində layihə həyata keçirilib.

Region gəncləri üçün Dizayn istiqamətində layihə həyata keçirilib. 

Gənc dizaynerlər üçün təşkil olunan layihə 3 mərhələdən - təlimlər, öyrənmə səfərləri və festivaldan ibarət olub.

4-9 fevral 2023-cü il tarixlərində Gəncə şəhərində baş tutan təlimlər mərhələsində "Dizaynda Rams prinsipləri", "Dizaynerin inkişaf yolu", "Sifarişçi-dizayner münasibətləri", "Qrafik redaktorlar və onların növləri", "Rəng standartları", "Dizayn növləri" mövzuları keçirilib.

Təlimlər mərhələsinin son 3 günü ərzində Gəncə şəhərində olan universitetlərin, peşə liseylərinin müvafiq fakültələrinə öyrənmə səfərləri təşkil olunub.

Layihənin sonuncu mərhələsi olaraq 14 fevral tarixində Göygöl rayonunda "Dizayn Peşəsi Festivali" keçirilib. Festivalda Göygöl gəncləri və layihə iştirakçıları dizayn etdikləri məhsulları sərgiləyiblər. Festivalda qrafik, interyer, moda dizaynı, 3D olaraq hazırlanıb çap olunmuş əşyalar və digər əl işlərinin sərgiləndiyi stendlər yer alıb.

Bundan əlavə, festivala qoşulanlar üçün infostend də qurulub. İnfostenddə dizayn sahəsi ilə bağlı istifadə edilən proqramlar, iş perspektivləri, təhsil imkanları

haqqında məlumatlar verilib.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi olmuş layihələrdən biridir və Fondun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Texnologiya Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR