Ens.az
20 sentyabr 2019, cümə
.
chevron_left chevron_right
AVTO VƏ MOTO

RENAULT SAMSUNG MOTORS

RENAULT SAMSUNG MOTORS HAQQINDA

42 Baxış
RENAULT SAMSUNG MOTORS

Renault Samsung Motors - 1994-cü ildə yaradılmış Cənubi Koreya avtomobil istehsalçısıdır. Hal-hazırda şirkətin nəzarət payı (80,1%) Fransanın Renault şirkətinə, qalan hissəsi (19,9%) Samsung Group-un nəznində olan Samsung Card-a məxsusdur.

TARİXİ

Şirkət 1994-cü ildə Samsung şirkəti və Nissan avtomobil istehsalçısı ilə birgə yaradılıb. 1995-1997-ci illərdə zavodun Pusan şəhərində tikintisi olub və şirkətin ilk istehsal etdiyi model - SM5 sedanı olub. Lakin, Asiya böhranı 1998-ci ildə şirkəti maliyyə itkisinə gətirib çıxardı, bundan sonra Samsung Group şirkəti qismən layihəni tərk etdi. Bir müddət Samsung Motors Kia Motorsun bir hissəsi oldu, lakin bu ittifaq davam etmədi. 2000-ci ildə fransız Renault-u nəzarət səhm paketini əldə edirək şirkətin sahibi olur. Kiçik bir hissəsi Samsung Group-a məxsusdur. Fransız şirkətlə ittifaq, bir sıra birgə modellərin, o cümlədən elektrikli modellərin yaradılmasına gətirib çıxardı.

ŞİRKƏT BU GÜN

Hal-hazırda Samsung markası əsasən ölkə daxilində tanınır və xarici bazarlara təqdim olunmayıb. Bununla yanaşı, Koreya modelləri Renault və Nissan markaları altında xarici bazarlara çatdırılır. 2010-cu ildə Cənubi Koreyadakı zavodun istehsal həcmi 155,7 min nəqliyyat vasitəsi (8,3% artım) təşkil etmişdir. Daxili bazarda şirkətin payı 11,9% təşkil edir.


Müəllif: Baş administrator Natiq Əliyev


Mənbə: AVTO KLUB AZƏRBAYCAN

VİDEO QALEREYA
Verzaska çayı, İsveçrə
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ