Slimfit
  1. BİOQRAFİYA

Rəşid bəy Əfəndiyev

Rəşid bəy Əfəndiyev
Sakura

Rəşid bəy Əfəndiyev - Azərbaycan müəllimi, maarifçisi və yazıçısı

Rəşid bəy İsmayıl oğlu Əfəndiyev və ya Rəşid bəy Əfəndizadə (d.1863, Şəki – ö.1942, Şəki) — XIX-XX əsrlər Azərbaycan müəllimi, maarifçisi və yazıçısı.

R. Əfəndiyev hələ XIX əsrin 80-ci illərində Qori müəllimlər seminariyasında oxuyarkən dram ilə maraqlanmış, ilk "Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.salam dedi

O, Mirzə Fətəli Axundovdan sonra ilk dramaturqlardan hesab edilir. Bu əsərinin müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq bədii yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi, 8 il Tiflis dini işlər idarəsində katib müavini vəzifəsində çalışdığı və nəhayət, 16 il Qori seminariyasında müəllim olduğu zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə təlim-tərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı əlifba kitabı və "Bəsirətül-ətfal" adlı qiraət kitabı Azərbaycanda şöhrət qazanmış ilk dərs kitablarındandır. O, dəfələrlə İstanbula gedir, düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.

Bununla yanaşı, səhnə əsərləri yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər"1, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri", "Diş ağrısı", "Təbiətdə əhvali-məişət" adlı dramları vardır.

Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də farscadan "Rüstəm və Söhrab" əhvalatını (Firdovsidən), "Cam" adlı mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər şeir tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində klassik şeir üslubu və yolu ilə genişdir. Hətta Şilleri də Firdovsinin işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir. Rəşid bəy Əfəndiyevin ədəbi və bədii əhəmiyyəti olan əsərləri, demək olar ki, ən çox pyesləridir, xüsusilə əsrimizin əvvəllərində yazılan komediyalarıdır.

Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə dünya, köhnə məişət, köhnə zehniyyət təsvir olunur. Əgər "Qan ocağı"nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və ailəyə dəhşətli bir ad: "Qan ocağı" adı verilirsə, "Qonşu-qonşu olsa, kor qız ərə gedər" adlı komediyasında qadın alqı-satqısı, qadınların hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.

Hal-hazırda Şəki şəhərində ev muzeyi fəaliyyət göstərir.

Bu əsərdə müəllif maraqlı, həm də təbii əhvalat qurmuşdur. Sövdəgər Qaçay bəy şəhərə çox gəlib gedir. Karvansaralarda, qonaq yerində rahatlıq görmür, evlənmək, burada da bir arvad saxlamaq istəyir. El içində məşhur olan dəllal qadın Cici xanım işə düşür. Zərbəli bəyin qocalmış, çirkin, heç kəsin tamah salmadığı qızı Sonanı ona ərə vermək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı ərə vernmək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı verirlər. Qaçay bəy aldanır və xərci hədər gedir. Bu əsərdə Sonadan da, Qaçay bəydən də canlı verilmiş surət Mələk arvaddır. Belə qadınlar hamının, varlının da, yoxsulun da, böyüyün də, kiçiyin də evinə məhrəm olan, hər yerə yol tapan, zirək, hiyləgər, lotu, macəraçı qadınlar keçmişdə Azərbaycanın şəhər və kəndlərində məclis, mərəkə axtarırdılar. Təzə xəbəri, ya toy, ya vay xəbərini bu qadınlar bilərdilər.

Xüsusilə kənardan gəlmələr, qız almağa, ya oğlan evləndirməyə gələnlər belə qadınlar üçün yağlı bir şikar kimi mənfəətli müştəri olardılar. Mələk də belə tiplərdəndir. Qaçay bəyə tor quran da, ondan xələt və peşkəş alan da Mələk olur. Qaçay bəy puluna, malına güvənən, heç bir ehtiyacı olmayan, qoçusifət bir mülkədardır. Onu aldatmaq hər adamın hünəri deyil, Mələk də buna cəsarət etməzdi. Ancaq Zərbəli bəyin qızı Sona üçün olan xeyir işdə heç bir qorxu ola bilməz. Çünki qızın qardaşı hər barədə Qaçay bəydən artıq adamdır.

Əsərin ən qüvvətli cəhəti məişət, etnoqrafık səhnə və əlamətlərin zənginliyidir. Burada verilən bayatılar, atalar sözü və məsəllərin çoxu ehtimal ki, birinci dəfədir ədəbiyyata, kitaba düşür. Bu parçalarda milli kolorit, adət, ənənə, qədim qaydalar bütün əlvanlığı ilə görünməkdədir. Bu əlvanlığı tiplərin dilinə də aid etmək olar.

Rəşid bəy, xüsusilə mükalimələrdə həddən artıq çılpaqlığa, biədəb ifadələrdən geniş istifadəyə imkan verir. Mələk arvadın danışıqları tamam ədəb və nəzakət dairəsindən kənardır. Müəllif bunlarla guya etnoqrafıya, məişət əlaqələrini yazıya köçürmək istəyir. Halbuki, bunlar əsərin naturalist meyllərini daha da qəlizləşdirir, qüvvətləndirir.

"Saqqalın kəraməti"ndə ruhanilərin fırıldaqlarından bəhs olunur. Göyçay çölündə yağışa düşən bir dəstə sövdəgər daldalanmağa yer axtarırlar. Heç kəsin bu yaxınlarda qonaq yeri yoxdur. Çünki, bu yerlərin əhalisi tərəkəmə, köçəri camaatıdır, deməli oturub məskən salmırlar.

Çarvadarların deməyinə görə bu yerin əhalisi ancaq molla, seyid və mərsiyəxanlara hörmət edib qonaq saxlarlar. Qərara gəlirlər ki, sövdəgər Hacı Söhrabı uzun saqqalına, qiyafəsinə görə molla qələmə versinlər və onun sayəsində bir qonaq yeri tapsınlar. Bu "vəzifə" Hacı Söhrab üçün çətin olsa da, razılıq verir. Gəldikləri kəndli evində isə sanki "molla"nı çoxdan gözləyirmişlər. Kənd mollası ilə deyişmə təklif edirlər. Kənd mollası Qulaməli ilə sövdəgər Hacı Söhrab üz-üzə gəlib deyişməli olur.

Bu əsərdə də müəllif gülünc vəziyyət yarada bilmişdir. Adamlar bu vəziyyətdən çıxmaq üçün təlaş edib çarə aradıqda isə daha gülünc olurlar. Bu mənada ancaq iki surət Hacı Söhrab və Molla Qulaməli seçilir, komediyanın mərkəzində durarlar. Ancaq əvvəlki pyeslər haqqındakı fıkri burada da təkrar etməyə məcburuq. Çünki hər gülməli əhvalat və hətta gülməli vəziyyət mühüm ictimai hadisəyə toxunmur, həyatda çox rast gəlinən maraqlı və gülməli bir əhvalatı göstərməklə kifayətlənən müəllif komediyanın ictimai məna tərəfinə lazımi diqqət yetirməmişdir.

Bu pyeslər oxucu və tamaşaçıya ağızlarda gəzən yüzlərlə maraqlı lətifələrin buraxdığı təsirdən artıq heç nə vermir və verə bilməz. Çünki bu hadisə yalnız sövdəgərlərin deyil, məmurların da başına gələ bilər, yalnız Göyçayda deyil, Xaçmazda da baş verə bilər. Burada canlı insanlar, tamamlanmış xarakterlər olmadığından əhvalat Bədii əsər səviyyəsinə qalxmır. Bu əhvalat bir dərəcəyə qədər Haqverdiyevin "Acından təbib" hekayəsini xatırladır. Orada müəllif iki yarpaqlıq bir yumor ilə kifayətləndiyi halda, Rəşid bəy Əfəndiyev burada bunu bir komediya mövzusu və materialı etmişdir.

Kitab üç babdan, yəni üç hissədən ibarətdir. Birinci hissə hər bir dərsdən ibarət olan kiçik hekayələrdir ki, bunların da bəzisi nəzm, bəzisi isə nəsr ilə verilmişdir. Kitabın “Azərbaycan ədəbiyyatı nümunələri” adlanan ikinci hissəsi iki yarımbaşlıqdan ibarətdir. Birinci yarımbaşlıq “Ədəbiyyat” xüsusunda bir para məlumat adlanır. Kitabın ən yaxşı cəhətlərindən biri də budur ki, uşaqlara yazı nümunələri yazının nəsr və nəzm növlərinə-məktub, təbriknamə, dəvətnamə, təziyənamə (başsağlığı) yazmaq qaydasına aid nümunələr, izahlar, şərhlər verilmişdir. Dərsliyin üçüncü hissəsi müsəlman uşaqları üçün təlim və tərbiyə vəzifələrinin ən vacib hesab etdiyi dini qaydalara aiddir. “Hər bir şəxsə xaliqini bilmək fərzdir”,-deyən müəllif yazır ki, “Xalq özü hər yerdə iştirak edir və müşahidə edir”, insanın hər bir əməlini görür. Odur ki, gərək insan uşaqlıq dövründə “dini-İslam” kəmalınca bilsin. Kitabda həmçinin Azərbaycan ədəbiyyatının klassiklərinin bəzilərinin əsərlərindən nümunələr vermişdir. Azərbaycanın klassik şairlərindən M.Füzuli və S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, böyük rus şairlərindən İ.A.Krılovun “Ayna və meymun”, “Kəndli və ilan”, “Qurd və pişik”, A.S.Puşkinin “Kaftar”, “Torçu və balıq”, “Hal anası”, “Bağçasaray fontanı”və.s. hekayə və şeirlərinin tərcüməsi də kitabda yer almışdır. Bu şeir, hekayə və rəvayətlərdə vətənin təbiətini sevmək, xalqın məişətini bilmək, məktəbə getmək, elm öyrənmək və s. ön planda qoyulmuşdur. Kitabda kənd təsərüfatı, təbiət və coğrafiyaya aid bir sıra məlumatlar da verilmişdir.

Kitabın üz qabığında kitabın adı- “Uşaq bağçası”. Müəllifi: Zaqafqas Darül-müəlliminin müsəlman şöbəsinin elmi-ilahi və lisan (dil) müəllimi Rəşid bəy Əfəndizadə. Rus dilində kitabın dərc olunan mətbəənin adı- Тифлись. Типография “Култура”. 1912. 112 səhfədirdir. Kitabın arxasında rus dilində- Ушагь Бахчаси. (Татарская азбучная книга.) Одобрена Кавкаскимиь Учебными Округами для употребления во всьхь правительственных и частных учебныхь заведениях, вь которых преподается татарский языкь. (Решид беку Эфендиеву-Вероучитель Закавказской учительской Семинарии ) Məktəblərdə oxunmalı türk-qiraət kitabıdır”.Kitab bismilləhir-rəhmanir-rəhim ilə başlayır. Müəllif bu kitabda savad təlimi, oxu texnikasını inkişaf etdirmək məsələləri ilə yanaşı, həm də uşaqların tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi fikir vermişdir: “Müsəlman millətinin tərbiyeyi-əxlaqına və məlumati-nafiəsinə xidmət edici tazə bir kitabdır.

“Arvad məsələsi”. Müəllifi: Zaqafqas Darül-müəlliminin müsəlman şöbəsinin elmi-ilahi və lisan (dil) müəllimi Rəşid bəy Əfəndizadə. Qafqaz canişinliyinin mətbəəsində nəşr olunur. 48 səhifədir, Tiflis, 1914-cü il. Ərəb dilində müəllifin çap olunan əsərləri: (“Uşaq-baxçası”, “Bəsirətül-ətfal”, “Rüstəm və Zöhrab”, “Müxtəsər şəriət I cild”, “Müxtəsər şəriət IIcild”, “Müxtəsər şəriət II cild rus dilində”, “Qan ocağı”, “Saqqalın kəraməti”) yazılmışdır. Qiyməti 40 qəpikdir. Kitabın arxasında: rus dilində adı- “Женский вопрось”. Общественное и семейное положение. Мусульманок по шариату. müəllifin rus dilində ünvanı-(Гори, Tифлис губ. Рашид беку Эфендиеву- вероучитель Закавказской Учительской семинарии). Həmçinin rus dilində çap olunan əsərləri: 1. «Ушагъ-бахчаси», 2. «Басиратуль-атфалъ», 3. «Рустамъ и Зорабъ», 4. «Мухтасаръ шариатъ I ч.» , 5. «Мухтасаръ шариатъ II ч.», 6. «Мухтасаръ шариат. II ч. На рус.яз. », 7. «Канъ Оджаги», 8. «Сахкалинъ карамати» , 9. «Добрый соседъ и слепую деву замужъ». Sonda kitabın nəşr olunan mətbəənin adı- Типография Канцелярии Наместника К.И.В. на Кавказъ 1914. Kitabda qadınlara aid dini, tərbiyəvi mövzular və bəzi şeir nümunələri və kitabın sonunda rus şairi A. Puşkinin “Qafqaz” və “Suya qərq olan” şeirləri çap olunmuşdur.

 

Əsərləri

Bəsirətül-ətfal

"Uşaq bağçası" (1898).

"Qan ocağı",

"Tiflis səfərləri",

"Saqqalın kəraməti",

"Pul dəlisi",

"Qonşu qonşu olsa kor qız ərə gedər" (komediya),

"Bir saç telinin qiyməti" (dramla),

"Qan ağacı" (pyes),

"Qızıl gül" (mənzum) operettası.

 

Əsərləri

Taxıl bitkiləri

Ağlağan uşaq ‎

Ay qurd 

Durna 

İlin fəsilləri dörddür

Ana laylası 

Qırqovul  ‎

Yağış 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR