
Dərc edildi: Baxış sayı: 197
Rəsmi Bakı: "Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkini tanımırıq"
Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkisini tanımır.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "növbədənkənar prezident seçkisi"ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır", - sənəddə qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət