Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Riad Əhmədov Fikrət oğlu

Riad Əhmədov Fikrət oğlu
Sakura

DOĞUM TARİXİ: 20/12/1956 VƏFAT TARİXİ: 26/01/1992

20 dekabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1972-ci ildə Bakıdakı 134 saylı məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinə (indiki  Bakı Dövlət Universiteti - red.) daxil olmuşdur. O, 1976-cı ildə hüquq fakültəsini bitirib, 1981-ci ilə qədər Respublika Ədliyyə Nazirliyində hüquq məsləhətçisi vəzifəsində işləyir. 1982-ci ildə Minsk Ali Hərbi Məktəbini bitirib Bakıya qayıdır və Milli - kəşfiyyat  idarəsində fəaliyyətə başlayır.

Azərbaycan torpağında gedən müharibə bir zabit kimi onu rahat buraxmırdı. Elə buna görə də o, bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edir.

Riad Əhmədov 1989-cu ildən etibarən tez-tez Qarabağın sərhəd bölgələrinə gedirdi. O, döyüşlərin fəal iştirakçısına çevrilmişdi. 1991-ci ildə erməni yaraqlılarının mühüm strateji dayaq məntəqələrindən biri sayılan Çaykəndin azad edilməsi əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görüldü. O, artıq polkovnik-leytenant rütbəsində idi...

1992-ci ilin yanvarı... O, keçmiş Əfqanıstan döyüşçülərini başına toplayıb, xüsusitəyinatlı dəstə yaradır. 1992-ci  il... Yanvarın 22-i... O, öz dəstəsi ilə Şuşaya göndərilir. Yanvarın 26-ı... Daha bir çətin döyüş tapşırığı... Riad dəstədən 11 nəfər götürür. Dəstə Şuşa-Laçın yolunun üstündə ən böyük maneə olan Daşaltının düşməndən təmizlənməsində iştirak edənlərə kömək göstərməli idi. Vəziyyət çox ağır idi. Qeyri-bərabər gedən döyüşdə Riad itkin düşdü. Sonrakı taleyi haqqında məlumat yoxdur.

 Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əhmədov Riad Fikrət oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Hazırda 203 saylı orta məktəb onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR