Alexa
Ens.az
16 dekabr 2018, bazar
.
chevron_left chevron_right
MARAQLI

Riyaziyyatçı botanika bağını unikal “yaşıl” labirint formasında layihələndirdi

Riyaziyyatçı botanika bağını unikal “yaşıl” labirint formasında layihələndirdi

348 Baxış
Riyaziyyatçı botanika bağını unikal “yaşıl” labirint formasında layihələndirdi

Qans Munte-Kaas məktəb üçün “xüsusi” botanika bağı layihələndirmək ideyasına o dərədəcə aludə oldu ki, onu mürəkkəb həndəsi fiqurlardan ibarət əsl labirintə çevirdi. İndi heyrətamiz yaşıl quraşdırmada hər kəs gəzə bilər!

Norveçdə Bergen Universitetindən olan riyaziyyatçı Qans Munte-Qaasdan məktəb üçün yeni botanika bağını layihələndirməyi xahiş edəndə, o çaşqınlığa düşdü - riyaziyyat və bitkilər bir-birinə uyğun deyildi. Amma bir il sonra o əsl möcüzə yaratdı - növbəti ildə müasir dövrün görkəmli riyaziyyatçılarına verilən Abel mükafatına qalib qismində təqdim olunacaq riyazi labirint.

Quraşdırma “Arximed Labirinti” adını alıb və nəticədə 800 m2 sahəni əhatə edib. O öz adını adiabatik prosesdən (rütubətli dəniz havasının dağ silsilələrindən keçərkən baş verir) götürən Adiabat adlı tropik bağda yerləşir. Labirintin hazırlanmasını Munte-Kaas müxtəlif spirallardan başladı. İlham mənbəyi “arximed spiralı” oldu - təbiətin ayıdöşəyi kolluğu kimi müxtəlif aspektlərində yaranan təbii əyri. Sonra o sadəcə olaraq bu modeli düz simmetriya qrupları ilə birləşdirdi - orta əsr binalarında qədim mozaikalarda və ya kafel plitələrində naxışlarda istifadə olunan qapalı 2d naxışlar.

17 qrupdan ancaq ikisi riyaziyyatçıya lazım olan xarakteristikaya malik idi - daha dəqiq desək, onların kəsişmə nöqtəsindən asılı olmayaraq əks istiqamətlərdə yayılan güzgü simmetriyası . Bir qrupda hasar kvadratlar şəklində idi, digərində isə altıbucaqlı şəklində - Qans “labirinti keçmək üçün daha cəlbedici etmək” üçün ikincini seçdi. Bundan başqa, onun fikrincə altıbucaqlı daha üzvi görüntüyə maikdir və hüceyrə haqqında fikrə yönəldir.

Labitintin divarları qaraçöhrə ağaclarından ibarətdir, özü də onlardan bəziləri dibçəyə əkilib, bu da labirintin daxili konfiqurasiyasını dəyişməyə imkan verir. Labirintin Bergen aeroportundan yaxınlıqda yerləşməsini nəzərə alsaq, onda fantastik dizaynı havadan baxmaq mümkündür. Unikal bağ keçən həftənin sonunda açılıb. Konfrans zamanı oraya baş çəkəcək ziyarətçilərə onun ərazisi boyunca dağıdılmış ipuclarından istifadə edərək labirinti keçmək təklif ediləcək.

 

Mənbə: Popmerch.ru

VİDEO QALEREYA
Verzaska çayı, İsveçrə
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X