Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rizvan Muradov Telman oğlu

Rizvan Muradov Telman oğlu
Sakura

Doğum tarixi : 1996 Vəfat tarixi: 2 aprel 2016

Rizvan Telman oğlu Muradov (d. 1996; Sabirabad, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Rizvan Muradov 1996-cı ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Rizvan Muradov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Rizvan Muradov doğulduğu Sabirabad rayonunun Çiçəkli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Muradov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rizvan Muradov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR