Slimfit
  1. İDMAN

Robert Prosineçki 'Qarabağ'ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv salıb

Robert Prosineçki 'Qarabağ'ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv salıb
Sakura

Robert Prosineçki 'Qarabağ'ın sabiq qapıçısı ilə İbrahimoviçi səhv salıb

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən ulduz futbolçu Zlatan İbrahimoviçi səhv salıb.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla matçlar üçün yığmanın heyətini açıqlayarkən yanlışlığa yol verib. O, hazırda Türkiyənin "Erzurumspor" komandasında çıxış edən Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Konfransda iştirak edən media nümayəndələri Prosineçkinin ifadəsini gülüşlə qarşılayıblar.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Şehiç isə 2013-cü ilin oktyabrından 2018-ci il iyununadək "Qarabağ"ın formasını geyinib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR