1. SİYASƏT

Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı

Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı

Rusiya ilə Azərbaycan arasında daha bir sənəd imzalandı

Azərbaycanla Rusiya arasında 2021-2022-ci illər üçün məsləhətləşmərə dair sənəd imzalanıb. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib. 

O bildirib ki, bu gün Azərbaycanla Rusiya arasındakı müxtəlif sahələri əhatə edən sənəd var. 

C.Bayramov əlavə edib ki, S.Lavrovla görüşündə hökumətlərarası komissiyanın fəaliyyəti də müzakirə olunub. 

“Düşünürük ki, bu ilin aprelində Moskvada baş tutan hökumətlərarası komissiyanın iclasında qəbul olunan qərarlar həyata keçiriləcək. Ümid edirik ki, koronavirus pandemiyası ilə bağlı azalan ticarət dövriyyəsi yenidən əvvəlki səviyyəyə qalxacaq”, - deyə C.Bayramov əlavə edib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR