Slimfit
  1. MARAQLI

Rusiya və Türkiyə prezidentləri ilin sonunadək yenə görüşəcək

Rusiya və Türkiyə prezidentləri ilin sonunadək yenə görüşəcək
Sakura

Rusiya və Türkiyə prezidentləri ilin sonunadək yenə görüşəcək

 İlin sonuna qədər Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında növbəti görüş baş tuta bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə çərşənbə axşamı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Rusiya, Türkiyə, Almaniya və Fransanın iştirakı ilə Suriya üzrə dördtərəfli sammitin keçirilməsi üzərində fəal iş gedir.

"Yaxın günlərdə hər dörd dövlət öz iştirakını təsdiq edəcəyi təqdirdə, bu sammitin keçirilməsi barədə razılıq əldə olunacaq. Rusiya görüşün İstanbulda keçirilməsinin tərəfdarıdır. İndi konkret tarixlər razılaşdırılacaq", - deyə Uşakov bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR