Slimfit
  1. DÜNYA

Rusiyada pravoslav kilsəsinə və təhlükəsizlik qüvvələrinə hücumların qarşısı alınıb

Rusiyada pravoslav kilsəsinə və təhlükəsizlik qüvvələrinə hücumların qarşısı alınıb
Sakura

Rusiyada pravoslav kilsəsinə və təhlükəsizlik qüvvələrinə hücumların qarşısı alınıb

Rusiya Federasiyasının İnquşetiya Respublikasında pravoslav kilsəsinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumların qarşısı alınıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu bardədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, FTX Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində İnquşetiya Respublikası ərazisində silsilə terror cinayətlərinin qarşısını alıb.

Nazran şəhəri və Kantışevo kəndində respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan Rusiya Federasiyasının vətəndaşları, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları olan altı yerli sakin müəyyən edilərək saxlanılıb.

Qeyd olunub ki, terrorçular Sunja şəhərində Müqəddəs Məryəmin Şəfaət kilsəsinə hücum hazırlayıblar.

Onların yaşadıqları ünvanlarda, eləcə də təchiz olunmuş anbarda əldəqayırma partlayıcı qurğu, onun hazırlanması üçün komponentlər, odlu silahlar, terror təşkilatının simvolları aşkar edilib. Bundan əlavə, onların telefonlarında şəhər və meşə şəraitində döyüş əməliyyatlarının aparılmasına dair təlimatlar, partlayıcı və yandırıcı qurğuların yığılması ilə bağlı təlimatlar aşkar edilib.

Rusiyanın İnquşetiya Respublikası üzrə İstintaq İdarəsində faktla bağlı, cinayət işləri açılıb, əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR