Slimfit
  1. DÜNYA

Rusiyalı ekspert: 'OPEC+ danışıqlarından müsbət nəticə gözlənilir'

Rusiyalı ekspert: 'OPEC+ danışıqlarından müsbət nəticə gözlənilir'
Sakura

Rusiyalı ekspert: 'OPEC+ danışıqlarından müsbət nəticə gözlənilir'

OPEC+ ölkələrinin Nazirlər Komitəsinin görüşü iyunun 10-na yox, 6-na təyin olunubsa, iştirakçılar arasında bir çox fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olub.

Ens.az xəbər verir ki,bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq Mixail Nejmakov bildirib.

“Danışıqlardan müsbət rəsmi nəticə gözləməyə əsas verən amillər arasında Rusiyanın energetika naziri Aleksandr Novak tərəfindən dünya neft bazarında yaxın gələcəkdəki hadisələrə dair verilən proqnozu qeyd edərdim. Belə ki, nazirin fikrincə, artıq iyul ayında dünyada neft kəsiri gündəlik 3-5 milyon barelə çata bilər”, - ekspert qeyd edib.

Həmçinin iyunun 1-də ABŞ ilə Rusiya prezidentləri arasında telefon söhbətini xatırladan politoloq hər iki dövlət başçısının neftə tələbatın və bununla da qiymətlərin tədricən əvvəlki səviyyəyə qayıtmasına əlverişli şərait yaradan OPEC+ razılaşmasına verdikləri müsbət qiyməti qeyd edib: “Bu da OPEC+ formatındakı danışıqların iştirakçıları üçün həmin istiqamətdəki səyləri dəstəkləmək üçün əlavə stimul ola bilərdi”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR