Slimfit
  1. CƏMİYYƏT

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib
Sakura

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın “Nordwind” aviaşirkəti bu ölkədən Azərbaycana birbaşa uçuşlara start verib.

İlk aviareys mayın 14-də Mineralnı Vodı – Bakı müntəzəm marşrutu üzrə həyata keçirilib. Şirkətdən verilən məlumata görə, qeyd olunan xətt üzrə reyslər hər həftənin cümə günləri təşkil olunacaq.

Həmçinin cümə günləri Sankt Peterburq – Bakı reysləri də nəzərdə tutulub. Hərçənd, bu istiqamət üzrə ilk uçuş çərşənbə axşamı mayın 18-də reallaşacaq.

Bununla yanaşı, mayın 19-dan etibarən Kazan – Bakı və Nijni Novqorod – Bakı, ayın 20-dən başlayaraq isə Rostov – Bakı müntəzəm marşrutları işə salınacaq.

Eyni zamanda, Rostov, Mineralnı Vodi və ya Sankt Peterburqda dayanmaqla Moskva – Bakı tranzit reysləri də icra olunacaq. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR