Slimfit
  1. GÜNDƏM

Rusiyanın yeni Baş Nazirinin təyinatı Ermənistanda böyük sevinclə qarşılanıb

Rusiyanın yeni Baş Nazirinin təyinatı Ermənistanda böyük sevinclə qarşılanıb
Sakura

Rusiyanın yeni Baş Nazirinin təyinatı Ermənistanda böyük sevinclə qarşılanıb

Ens.az xəbər verir ki, Rusiya Federasiyasının yeni Baş naziri Mixail Misustin vəzifəsinin icrasına başlar-başlamaz onun keçmişi və soykökü ilə bağlı geniş müzakirələr vüsət alıb.

Rus mətbuatı Mişustinin yarı erməni olduğunu bildirir və onun zahiri görkəminin də bu barədə şübhə yeri qoymadığını iddia edir.

Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Mişustin ana tərəfdən ermənidir. Onun anası Razdan yaxınlığındakı - Tayçarux kəndindəndir - bu söz isə türk mənşəli olmaqla "bir tərlik" kimi tərcümə olunur və erməni dilinə

"miçust" - kimi çevrilir. Erməni mətbuatı iddia edir ki, Mixailin əcdadları "ç" hərfini "ş "- ya dəyişərək Rusiyada Mişustin soyadını qəbul ediblər.

Araşdırmalar da Rusiyanın yeni Baş nazirinin müəyyən mərhələdə soyadını dəyişdiyini göstərib. Bunu "Moskva vilayəti prokurorunun müavini P.V. Vilkov və Moskva vilayəti Odintsovo rayonu rəhbərliyi arasındakı münaqişə (1997-2001)" ilə sənədləşdirilmiş faktlar sübut edir. Hərçənd burda söhbət Ç - Ş yerdəyişməsi yox, Ş hərfinin olmamasından

Belə ki, qeyd edilən sənəddə hazırkı baş nazirin və həyat yoldaşının adı - Mişutin ( kimi qeyd olunub.

Mişustinin özünə Rublevo-Uspenski magistral yolunda içərisində böyük bir idman kompleksi olan dəbdəbəli imarət sahib olduğu da məlumdur. Bacısı Natalya Stenina-Mişustina, "Nikolo-Spasskoye" mühəndislik infrastrukturu obyektlərinin istismarı və inkişafı üzrə müəssisənin həmtəsisçisidir. Bu şirkət paytaxtdan 24 kilometr məsafədə yerləşən Nikolina Gora-nın tam mərkəzindəki yerləşən "Cotton Way" kottec qəsəbəsi olan qeyri-yaşayış fondunu idarə edir. Adı çəkilən sənəd də bu şirkətin fəaliyyəti ilə bağlıdır.

RusCriminal nəşri isə Mişustin haqqında onun erməni cinayət dairələri ilə əlaqələri və onun irəli çəkilməsində rolu haqda qalmaqallı faktlar yayımlayıb. 1990-cı illərin ən mışhur kriminal avtoritetlərindən olan, "qanuni oğru" Ded Xasan ləqəbli Aslan Usoyanın Mixail Mişustinin karyerasına ciddi dəstək verdiyini açıqlayıb.

Nəşrin iddialarına görə, iş adamı İqor Yusufov və həmin vaxt İT sahəsində kiçik biznesmen olan Mixail Mişustin məhz Usoyanın sayəsində tanış olublar. Mişustinin firması Yusifovun bankları üçün proqram təminatını yaratmağa kömək edib və hesablaşmaların nəğdləşdirilməsi ilə qeyri-qanuni üsulla varlanmaq üşün istifadə edib.

Bu, Mişustinin cinayət dünyası ilə yeganə əlaqəsi deyil, belə ki, Rusiyanın yeni Baş nazirinin başqa kriminal əhvalatlarda da izi var.

Məsələn, "The Moskva Post" nəşri Mişustini bir vaxtlar rəhbərlik etdiyi Xüsusi İqtisadi Zonaların İdarəedilməsi üzrə Federal Agentliyin ehtiyacları üçün kompüter sistemləri və proqram təminatında təxminən 2,5 milyard rubl mənimsəməkdə ittiham edib. Sadəcə, rəsmi qaydada cinayıt işi qaldırılmadığına görə bunu qəti olaraq sübut etmək mümkün deyil.

VÇK-OQPU tv kanalına görə, 90-cı illərdəki kompüter işlərinin izləri hələ də Mişustinin arxasınca uzanır.

Ermənistanda isə Rusiyanın Baş nazirinin təyinatını az qala ümummilli bayram kimi qeyd ediblər və deyəsən, ondan çox şey gözləyirlər. Ermənı sosial şəbəkələri Mişustinin təyin olunmasının ilk günündən etibarən sevinc reaksiyaları ilə dolub daşır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR