Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rüstəm Əhmədov Oruc oğlu

Rüstəm Əhmədov Oruc oğlu
Sakura

Doğum tarixi : 1983 Vəfat tarixi: 14 aprel 2016

Rüstəm Oruc oğlu Əhmədov (d. 1983; Mingəçevir, Azərbaycan - ö. 14 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Həyatı

Rüstəm Əhmədov 1983-cü ildə Mingəçevir şəhərində anadan olub.

Hərbi xidməti

Kiçik çavuş Rüstəm Əhmədov 2016-cı ilin aprelin 14-ü Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Aprelin 15-i isə Rüstəm Əhmədov doğulduğu Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rüstəm Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR