Ens.az
24 oktyabr 2019, cümə axşamı
.
.
chevron_left chevron_right
XOCALI SOYQIRIMI ŞƏHİDLƏRİ

Füzuli Rüstəmov Salah oğlu

Rüstəmov Füzuli Salah oğlu - Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi

350 Baxış
Füzuli Rüstəmov Salah oğlu

Həyatı

Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır.

Döyüşlərdə iştirakı

Qəlbi daima Vətən eşqi ilə dou olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevidə yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu AğdamMərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X