Slimfit
  1. CƏMİYYƏT

Sabah hər kəs eyvanından bayraq assın

Sabah hər kəs eyvanından bayraq assın
Sakura

Sabah hər kəs eyvanından bayraq assın

Sentyabrın 27-si Vətən Müharibəsinin başlamasının bir ili tamam olur.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Artıq bir necə gündür ölkədə Anım Gününə hazırlıqlar gedir. Eyni zamanda Bakının bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədilə eyvanlardan bayraqlar asılıb.

Ölkəmizin bütün vətəndaşlarını bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs Anım Günündə eyvanından bayraq asaraq 44 günlük müharibədə olduğu kimi, döyüşlərinin ildönümündə də həmrəyliyini nümayiş etdirə bilər.

Qeyd edək ki, sabah saat 12:00-da ölkə ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR