Slimfit
  1. AZƏRBAYCAN

Sabiq icra başçısı: “Tam bəraət üçün mübarizə aparacağam”

Sabiq icra başçısı: “Tam bəraət üçün mübarizə aparacağam”
Sakura

Sabiq icra başçısı: “Tam bəraət üçün mübarizə aparacağam”

 
Təmiz adımın tam bərpa olunması üçün mübarizəmi davam etdirəcəyəm”.

Report”un yerli bürosu xəbər verir ki, bunu ötən gün məhkəmənin bəraət verdiyi Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məhkəmə onun işi üzrə 130-a yaxın şahidi dindirib: “Dindirilən şəxslərdən heç biri mənim hər hansı bir cinayət əməli törətdiyimi deməyib. Yalnız bir şahid qalıb ki, o da zərər çəkən şəxsdir. Həmin şəxsin mənimlə şəxsi ədavəti olub və onun mənə qarşı ittihamları qisas almaq məqsədi daşıyıb”.

T.Abazov deyib ki, Marneuli rəhbəri olan zaman zərərçəkən şəxs ona iş üçün müraciət edib: “Həmin şəxs dili bilmədiyindən və diplomu olmadığından işlə təminatı mümkün olmayıb. Ona bildirildi ki, işə qəbul müsabiqə ilə həyata keçirilir. Bundan inciyən zərərçəkən mənə qarşı şər-böhtana əl ataraq acıq çıxmaq istəyib”.

Yarım il günahsız həbsxanada olduğunu qeyd edən sabiq rayon rəhbəri bu işdə özünün və ailəsinin qurban olduğunu bildirib: “Ötən gün məhkəmə düzgün qərar qəbul edib və mən tam bəraət üçün mübarizə aparacağam”.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR