Slimfit
  1. MARAQLI

Saçları yuyarkən yol verilən 8 səhv - Hamımız belə edirik

Saçları yuyarkən yol verilən 8 səhv - Hamımız belə edirik
Sakura

Saçları yuyarkən yol verilən 8 səhv - Hamımız belə edirik

"Saçları yumağın da bir qaydası var?” deyə düşünürsünüzsə, bu məqaləni oxuduqdan sonra fikriniz dəyişəcək. Saçların gözəl və baxımlı görünməsi onlara edilən qulluqdan aslıdır. Həmçinin saçlara olunan qidalandırıcı maskaların və tətbiq edilən vasitələrin keyfiyyəti onların sağlamlığını və gözəl görünüşünü təmin edir.  
 
Midicina.az saçların düzgün yuyulması haqda bəzi ipucularını təqdim edir: 
 
Səhv 1: Saçları dəsmalla qurulamaq
 
Dəsmalla sürtülən zaman saçların strukturunda bir sıra dəyişikliklər gedir. Buna görə də saçları dəsmalla qurulamaq yerinə, yaxşı olardı ki, onun təbii yolla qurumasını təmin edəsiniz.
 
Səhv 2:  Şampundan həddən çox istifadə etmək 
 
Çox – yaxşı demək deyil. Hər halda bu, saç şampunlarına və kondisionerlərinə aid edilə bilər. Şampunun miqdarı saçların nə qədər tez-tez yuyulmasından aslı olaraq dəyişir. Əgər saçları hər gün yumaq məcburiyyətindəsinizsə, o zaman hər dəfə saçlarınızı 2 dəfə şampunlamaya bilərsiniz. Bunu həftədə bir dəfə etmək kifayət edər. 
 
Səhv 3: Saç diblərini çox möhkəm sürtmək
 
Saç diblərinin möhkəm qaşınaraq yuylması saçların tökülməsinə səbəb ola bilər. Buna görə də saçları yumşaq, dairəvi hərəkətlərlə yuyun.  
 
Səhv 4: Başınızı yuyarkən çox tələsirsiniz
 
Nəticədə də saç köklərini təmiz yumursunuz. Bütün problemlər də burdan başlayır. 
 
Səhv 5: Kondidioner istifadə etmirsiniz? 
 
Nahaq yerə! Balzam təkcə saçların рН səviyyəsini müəyyən etmir, həm də saçlara parıltı və həcm verir. Yeganə fərqi odur ki, kondisioneri saçların yalnız uclarına deyil, həm də diblərinə də vura bilərsiniz. 
 
Səhv 6: saçlarınızı gec-gec yuyursunuz 
 
Bu çox fərdi məsələdir. Belə ki, biri saçlarını 1 həftə yumaya, bununla belə çox təmiz görünə, və ya əksinə, digəri 2 gündən bir yusa da çox çirkli görünə bilər. Buna görə də saçlarınızın yağlı və ya quru olduğunu təyin etməlisiniz. 
 
Səhv 7: Saçınızı qaynar su ilə yuyursunuz
 
Qaynar su – sağlam saçların düşmənidir. O, saçların pulcuqlarını açaraq  zədələyir. 
 
Səhv 8: Saçlarınızı həmişə fenlə qurudursunuz
 
Saçları fenlə qurutmaq çox rahatdır. Amma burada bir məqam var. Saçlarınız tamam yaş olduqda onların təbii şəkildə qurumasını təmin edin. Saçlar artıq azacıq nəm hala gəldikdə onları fenlə qurutmaq olar. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR