Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sağlam olmaq üçün ətdən imtina etməliyik – Alimlər deyir

Sağlam olmaq üçün ətdən imtina etməliyik – Alimlər deyir
Sakura

Sağlam olmaq üçün ətdən imtina etməliyik – Alimlər deyir

Gələcək nəsillərin sağlamlığını təmin etmək üçün ətdən tamamilə imtina etmək lazımdır.

Bu qənaətə qida və sağlamlıq məsələləri üzrə Britaniya komissiyasının mütəxəssisləri gəlib.

Araşdırmaya əsasən, 2050-ci ildə Yer kürəsinin əhalisi 10 milyarda çatacaq və buna görə də ət tədarükünü gündə 7 qrama qədər azaltmaq lazımdır, belə ki, hazırkı qida rasionu planetin əhalisi üçün təhlükəlidir.

Alimlərin hazırladığı pəhrizə əsasən, gün ərzində bir tikə sosiska və ya donuz ətinin yarı tikəsini yemək lazımdır.

Bundan başqa, insan gün ərzində 500 qram meyvə və tərəvəz, 29 qram quş əti və 28 qram balıq əti yeyə bilər. Həmçinin, həftə ərzində bir yarım yumurtadan artıq yemək də olmaz.

Mütəxəssislərin fikrincə, belə bir pəhriz, həm müxtəlif növ heyvanların məhv olmasının qarşısını alacaq, həm də insanların sağlam həyat sürməsinə kömək olacaq.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR