Slimfit
  1. CƏMİYYƏT

Şahin Bağırov onu rəis təyin etdi

Şahin Bağırov onu rəis təyin etdi
Sakura

Şahin Bağırov onu rəis təyin etdi

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Ens.Az-ın Qaynarinfo”ya istinadən məlumata görə, bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin olunub.

K.Yusifov bundan əvvəl Balakən rayonundakı “Mazımqara” gömrük postunun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR