Slimfit
  1. ƏDƏBİYYAT

Saib Təbrizi - Əzdikcə fələk, torpağa döndüm bu cahanda

Saib Təbrizi - Əzdikcə fələk, torpağa döndüm bu cahanda
Sakura

Saib Təbrizi - Əzdikcə fələk, torpağa döndüm bu cahanda

Əzdikcǝ fǝlǝk, torpağa döndüm bu cahanda, 
Yox özgǝ dǝnim mǝn üyüdǝm bir daha onda. 

Divar dibinǝ çǝksǝ dǝ yoxsulluğum ancaq, 
Huma quşu dayǝmdi mǝnim mǝn doğulanda. 

Qǝm dağı inan, qamǝtimi ǝydi kamantǝk, 
Ancaq mǝni sındırmadı bir lǝhzǝ boran da. 

Dövran mǝnǝ nǝ verdi, nǝ geydirdi, soruşma, 
Ruzum-qǝzǝbim, paltarım-eybimdi cahanda. 

Dağ sǝbrim ilǝ uyğudayam dağ ǝtǝyindǝ, 
Xǝncǝrlǝ ayırmaq bizi mümkünmü bir ar da?! 

Öz süfrǝmǝ mehman oluram bǝsdi mǝnimçün, 
Göz dikmǝrǝm özgǝ ǝlinǝ, qopsa tufan da. 

Kam almasa da hǝr iki dünyada bu aşiq, 
Qǝlbi açılır yarı görüb heyran olanda. 

Bir dürrǝm, özüm, qiymǝtimi vermǝsǝlǝr dǝ, 
Aydındı mǝnǝ, yoxdu xiridar bu mǝkanda. 

Mǝn ki, fǝlǝyǝ minnǝt ilǝ başımı ǝymǝm, 
Əzsin, nǝ olar, istǝmǝrǝm ondan aman da. 

Zahirdǝ mǝnǝm varlı ki, batindǝ fǝqirǝm, 
Qönçǝ kimiyǝm paltarın altında qalanda. 

Əlvan libasa yox hǝvǝsim, Kǝbǝ tǝkin mǝn, 
Bǝsdir dǝyişǝm paltarımı il qurtaranda. 

Sayǝmdǝ ǝgǝr şöhrǝtǝ çatmışsa bu xalqım, 
Ruzum sümük olmuşdu humatǝk bu mǝkanda. 

Saib, sǝni kim bağladı bu mülkǝ ki, qaldın? 
İndi sǝnǝ zindandı bura, qal, hǝlǝ yan da!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR