Slimfit
  1. BİOQRAFİYA

Şair Məmmədhüseyn

Şair Məmmədhüseyn
Sakura

Şair Məmmədhüseyn - aşıq, şair.

Şair Məmmədhüseyn — XIX əsrdə yaşamış aşıq, şair.

Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.

Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. Deyilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub. Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçiliklə, maldarlıqla məşğul olub.

Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.

Onun məşhur "Məhəbbət dastanı"ndan başqa gəraylı, qoşma, təcnis, müxəmməs və divani şeir növündə yazılmış yüzlərlə şeri vardır. Divani şəklində yazdığı şeirləri də çox məşhur olan Məmməd Hüseyn o dövrdə yüksək mənsəb tutanlara həcvlər yazdığı üçün daim təqib edilmişdir. Şair Məmmədhüseynin çoxlu dini şeirləri, mərsiyələri Şirvanda və Muğanda mərsiyəxanalar tərəfindən oxunur. "Xəbər al deyim" qoşması demək olar ki, Azərbaycanın hər yerində hamının dillər əzbəridir. Şeirlərində bəxtindən, sevgilisindən və zəmanəsindən şikayət edən Hüseyn yazdığı dördlüklərdən birində deyir:

İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxdi,
Məmməd Hüseynin bəxdi,
Yatıb, oyanmaz, oyanmaz.

Şair Məmmədhüseyn XIX əsr Göyçə aşıqları və el şairləri içərisində seçilən görkəmli sənətkarlardandır. Haqqında bir çox kitablarda, eləcə də dərsliklərdə şeirləri çap olunmuşdur. Şair haqqında ilk yazılı məlumat F.Qasımzadənin 1956-cı ildə çap olunan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında rast gəlinir. Şair haqqında Əhliman Axundovun 1961-ci ildə nəşr olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" adlı kitabında "XIX əsrdə yetişən görkəmli aşıqlar" sərlövhəli məqaləsində də verilmişdir. Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında da şair haqqında geniş məlumat və bir neçə şeirləri çap olunmuşdur (səh.28-37). Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (2006) kitabında şairin şeirləri və həyatı haqqında geniş məlumat verilmişdir (səh.173-301). Şair Məmmədhüseynin seçilmiş şeirlərindən ibarət "Yatıb oyanmaz, oyanmaz" (2005), "Xəbər al deyim" (2006),

 

Gəraylıları:

Ağrıdır
Aşiqiyəm
Ay qız 
Ay pəri
Bulaq 
Dağlar
Dərdidi
Göründün
Görünür
Güllü 
İstərəm ( İzin versən oğrun-oğrun)
İstərəm (Çağırram pirim Əlini)
Qayıt
Qurban
Lalə
Mən olum
Nazənin
Nigar
Olarmı
Olaydı (gəraylı)
Oynasın 
Səni 
Üstədi 
Yatıb oyanmaz, oyanmaz

 

Qoşmaları:

A bəxtim
A Məsmə
A molla
Ağrı dağı
Ağrın alım
Arvad
Ay hazarat
Bağışla məni
Bənzəməz
Bəy
Bilmədim
Bilmədim (qoşma)
Bilmərəm
Bilməz 
Bilməzsən
Bu yerlər
Can alan
Ceyranım
Dağlar (qoşma)
Dedi 
Deyəllər 
Deyim
Dilim
Düşərmiş
El yaraşığı
Eyləmisən
Eyləsən
Eyləyim
Əlinə
Əzəldən
Gəldin
Gəlməz 
Gəlmişəm (Varım-yoxum olan qoyunum, malım)
Gəlmişəm (Başına döndüyüm, a dəstəbaşı)
Gəlmişəm (Eşitdim sədanı, a minagərdən)
Görmüşəm
Göyçə ellidi
Gözəl 
Gözəldi 
Gözəlim
Güləndam
Günbəgün 
Hacı
Haçan gəlirsən
Haqdan peyğəmbərə salam
Xanım 
Xas-xas
Xəbər al, deyim
Xoşqədəm
İndi
İslama vacib
İstə
İstəmirəm
Keçdi 
Kimi
Könül
Qabaqda
Qadan alım
Qalasan
Qalmaya
Qaralanmışam
Qayıda
Qayıtdı
Qızlar
Qocaldım
Məni
Mənim 
Mənim (qoşma)
Mollanın
Nan verir
Neçədir
Neynirəm
Nə deyim
Nə dəmi
Nə var
Niyə olub
Nur
Oxşa məni
Oxşayır
Ola (qoşma)
Olarmış
Olaydı 
Olmadı
Olmaya
Olmaz 
Salatın
Sən 
Sənə qurban
Sənə qurban (qoşma)
Sığal verib
Sinəm üstə
Tava
Uzaqdasan
Üçün
Ürəyimə
Var 
Ya Əlif-Əlif
Yaxşıdır (qoşma)
Yar aşığıyam
Yar əlindədi
Yaylağım
Yəni nə

 

Təcnisləri:

A yana-yana
A yaza könül
Ay süzə-süzə
Ay üzə-üzə
Ay yazıq-yazıq
Başabaş
Bir bax
Cahanda
Çal, a çal
Çat dada
Daradı
De bir üz, bir üz
Dil-dilə
Dolanar
Göz olar
Gözdədi
Gül üzə-üzə
Qal qala
Qalanar
Qalandı
Oddadı
Pəh-pəh-pəh
Sərə-sərimi
Var istə məndən
Yaxşıdır
Yan-yana
Yar alan könül
Yar andı
Yara canımı
Yaralananda
Yarasa
Yarıma
Yasinə bağlar
Yaşa yar
Yazanda

 

Cığalı təcnislər:

Dama-dama
Düzə gəl
Ha yana-yana
Hey yaya
Tərsinə gedər 
Yaxşı sına
Yar sana məni

 

Divaniləri:

Bax 
Bax (divani)
Baş endirər
Gəlmədi
İftida
Qırmızı 
Qırmızı (divani)
Neylərəm
Ola (divani)
Olmasa
Olmasa (divani)
Varaq
Ya Əli
Ya Əli, fəryadi rəs
Yasindimi

 

Müxəmməsləri:

Demişəm
Gözəl (müxəmməs)
Gülxanım
Sənəm

 

Deyişmələri:

Axund Əsgərlə deyişmə
Çobanla deyişmə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR