Ens.az
9 dekabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
20 YANVAR ŞƏHİDLƏRİ

Şakir Ağakişiyev Xandadaş oğlu

Ağakişiyev Şakir Xandadaş oğlu - "20 Yanvar Şəhidi"

337 Baxış
Şakir Ağakişiyev Xandadaş oğlu

Şakir Ağakişiyev Xandadaş oğlu — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.

Haqqında

1961-ci il yanvarın 31-də Abşeron rayonunun Sitalçay kəndində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. İki oğlu, bir qızı yadigar qalıb: Elçin, Vəfa, Əvəz. 3-cü uşaq atasının ölümündən sonra dünyaya gəlib — 1990-cı il iyunun 21-də.

Şəhid olması

Xırdalan pivə zavodunun yanında dostu Meylanın "Jiquli" maşınında odlu silahla vurulub. Sinəsində beş güllə yarası olub. Meylan isə yaralanıb. Yanvarın 21-də gündüz saat 3-də meyidi Semaşko adına xəstəxanadan tapıblar. Yanvarın 22-də Şəhidlər xiyabanında dəfn edilib.

Şahidlərin dediklərindən: "Şakir Ağakişiyev Xandadaş oğlu 1990-cı il on doqquzundan iyirmisinə kecen gecə Xırdalan pivə zavodunun yanında mənim dayım Quluyev Mövlamverdi Alverdi oğlunun ij kombi moskviç maşınında vəhşiçəsinə 5 güllə yarası alaraq qətlə yetirilmişdi. Dayım isə ağır yaralanaraq Sumqayıt travmatologiya xəstəxanasına çatdırılmısdı.

Dayım bizə söhbət edir ki, Şakirlə maşında idim. Maşını saxlayıb yaxınlaşıb soruşmaq istədik ki, biz axı silahsızıq bizdən nə istəyirsiz, niyə gəlmisiz? Onlar heç bizə aman vermədən silahla atəş açdılar. Şakir aldığı güllə yarasından yerindəcə dünyasını dəyişdi. Mən yaralı idim. Onlar bizə yaxınlaşdılar ki, öldüyümüzdən tam əmin olsunlar. Mənim yaralı olduğumu görüb (dayım sarışın idi) "o rus idi, onu nahaq vurduq" deyib uzaqlaşıblar. Dayım deyir Şakirin son sözu indi də yadımdadı..."Axırımızdı Mövlam"





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Amerikanın Dakota əyalətində qızıldərili geyimi
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X