Ens.az
16 sentyabr 2019, bazar ertəsi
.
chevron_left chevron_right
BİOQRAFİYA

Salman Savəci

Salman Savəci - İran şairi

174 Baxış
Salman Savəci

Salman Savəci (fars: (təx. 1300-1377) — İran şairi.

Səlman Savəci 1300-cü ildə Təbrizdə anadan olmuşdur. Onun atası Xacə Əlaəddin Məhəmməd hələ 1258-ci ildən Yaxın Şərqdə hökmran olan Hülakü xanlarının sarayında işləmişdir. Əvvəl Qazan xanın (1295-1304) və sonra Əbu Səidin (1316-1335) vaxtında Təbriz sarayının vəqf idarəsində mühasib olmuş və sarayda xüsusi hörmət sahibi olmuşdur.

Salman Savəcinin həyatı, müasirləri və bədii irsi barədə ilkin məlumata XV əsrin məşhur təzkirəçisi Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra"sında (1487-ci ildə tamamlanmışdır) rast gəlinir. Təzkirə müəllifi, şübhəsiz ki, S.Savəci yaradıcılığı ilə yaxından tanış olduğundan onu "böyük şairlərdən" hesab etmiş, "şeir və şairlikdə öz dövrünün başçısı" adlandırmışdır. S.Savəci ilə Dövlətşah Səmərqəndinin yaşadıqları dövr yaxın olduğundan, təzkirə müəllifinin şair haqqında verdiyi məlumat xüsusi qiymətə malikdir. Buna görə də Salman haqqında sonralar fikir söyləyən müəlliflər Dövlətşahın əsərinə adlarını çəkdiyimiz müəlliflərə nisbətən bir qədər genişdir. F.Ə.Səfi müasirləri ilə Salman Savəci arasında baş vermiş bəzi əfvalatlardan, şairin yaradıcılıq xüsusiyyətlərindən ilk dəfə olaraq bəhs etmişdir.

Salman Savəci Azərbaycan ədəbiyyatının bədii-estetik fikir tarixində özünəməxsus mövqeyi ilə seçilərək, zəmanəsinin uğurlarını şeirə gətirmiş, zaman, dünya və insan haqqında yeni düşüncələrini ifadə etmişdir. Onun zəngin yaradıcılıq irsi, rəngarəng bədii lirikası, "Fərağnamə" (1361) və "Cəmşid və Xurşid" (1363) adı ilə məşhur poemaları Yaxın və Orta Şərq xalqları arasında şöhrət qazanmış, XIV-XV yüzilliklər epik və lirik şeirin inkişafına güclü təsir göstərmişdir. Məlumdur ki, bütün zamanlarda olduğu kimi, orta əsrlərdə də hər bir sənətkar, əsasən, öz fitri istedadının imkanları dairəsində əldə edə bildiyi yüksək sənət nailiyyətləri əsasında ucalsa da, onu özündən əvvəlki zəngin ədəbi irsin ümumi inkişafı prosesindən təcrid etmək mümkün deyildir. Salman Savəci yaradıcılığının formalaşmasında onun öz sələflərinin də təsiri ayrıca bir tədqiqat mövzusudur. Bu baxımdan Qətran Təbrizi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Marağalı Əvhədi və b. şairlərin mütərəqqi fikirlərinin, yüksək bəşəri hisslərinin, saf, səmimi lirik duyğularının Salman Savəci yaradıcılığına müsbət təsiri ayrıca qeyd edilməlidir.

Salman Savəcinin qüdrətli sələfləri olduğu kimi, qüdrətli müasirləri də olmuşdur. Şairin yaşayıb-yaratdığı dövrdə lirik şeir ustası Əmir Xosrov Dəhləvi (1252-1325) və Xacu Kirmani (vəfatı 1352-53-cü illər) məsnəvidə, Hafiz Şirazi (1300-1390) lirik şeirdə böyük müvəfəqiyyətlər əldə etmişlər.

Salman Savəcinin ədəbi irsi də öz dövründə və sonralar şeir və ədəbiyyat biliciləri tərəfindən yüksək qiymətləndirilmiş, lakin farsdilli ədəbiyyat tarixinin son əsrlərdəki bəzi təəssübkeş araşdırıcıları şairin mənşəcə azərbaycanlı olduğunu bilərək, bəlkə də qəsdən onun mövqeyini və yüksək istedadını qiymətləndirmək və təbliğ etməyə soyuqqanlı yanaşmışlar. Lakin bütün bunlara baxmayaraq S.Savəcinin həm sağlığında, həm də vəfatından sonra yaranan orta əsrlərin qaynaqlarında onun istedadına yüksək qiymət verilmiş, görkəmli bir şair kimi yad edilmişdir. İmadəddin Nəsimi (1369-1417), Bədr Şirvani (1387-1450), Hamidi (XV əsr), Məhəmməd Füzuli (1494-1556), Vəhşi Bafqi (vəfatı 1591) və digər azərbaycanlı şairlərin bədii yaradıcılığında Salman lirikasının açıq təsirinin duyulması təsadüfi deyil.

Salman Savəcinin sənətkarlığı, yaradıcılıq məharəti öz dövründən başlayaraq məşhur təzkirəçilər, ədəbi ənənələrinin pərəstişkarları olan Yaxın Şərqin bir çox görkəmli şairləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bir sıra şairlər yeri gəldikcə bədii əsərlərində onun adını çəkmiş, şeirlərindən təzmin etmiş, təzkirəçilər həyatından, yaradıcılığından müxtəlif mənbə və məxəzlərdə bəhs etmiş, fikir söyləmişlər.

Poemaları

Xurşid və Cəmşid


VİDEO QALEREYA
Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X