Slimfit
  1. MARAQLI

Şalvarı kim icad edib

Şalvarı kim icad edib
Sakura

Şalvarı kim icad edib

Əsrlər boyu şalvar kişi qarderobunun predmeti hesab edilib. Amma iki min il əvvəl isə şalvara olan ictimai baxış fərqli idi.

Şalvarlar əsrlər boyu (hesab olunmaqda davam edir) kişi qarderobunun predmeti hesab olunur. Qadınlara məbədlərə, hətta ictimai yerlərə, bəzi şirkətlərin ofislərinə giriş qadağandır. Özü də bəzi ölkələrin hökumətləri qadağalar sistemini genişləndirməyə cəhd edirlər. Fransada hələ 2013-cü ildə qadınların şalvar geyinməsinə olan vetonu ləğv edildi: son 200 ildə qadınlara şalvarı ancaq at yürüşlərində və velosiped sürərkən icazə verilib.

Amma iki min il əvvəl isə şalvara olan ictimai baxış fərqli idi. Özlərini sivil kişilər hesab edən yunanlar və romalılar xiton, tunik və digər libaslar geyinməli idilər. Layiqli cəmiyyətdə hesab edilirdi: əgər kişi cinsiyyət orqanını göstərmirdisə, onda o qətiyyən “yüksək gender rütbəsi”nə layiq deyildi. Şalvar - varvarlara və qadınlara nəsib olan idi. “Şalvar, - Stenford Universitetinin tarixçisi Adrienn Mayor deyir ki, özlüyündə dərzilərin ilk ixtirası idi. Sərbəst hərəkət etməyə və atda çapmağa mane olmayan şalvarın alınması üçün tikilişin öhdəsindən yaxşı gəlmək lazım idi”. Tədqiqatçı atı təsadüfən qeyd etmir: şalvar məhz köçərilərdə yaranıb, çünki onlarsız uzun məsafəyə yollanan atlı onsuz bütün kəmərini məhv edə bilərdi.  Qara Dənizin soyuq şimalını mənimsəyən yunanlar bu geyim elementini tez dəyərləndirdilər. Kişilər onu təkcə vaza və zərgərlikdə göstərmədilər, həmçinin özləri geyinməyə başladılar. Cənubi Sibir və Çinin şimal-qərbində skif mədəniyyətini araşdıran arxeoloqların tapıntısıları təsdiqləyir: şalvar qadın geyiminin adi elementi idi. Onları dəridən, keçidən, çətənədən, yundan və kətandan hazırlayırdılar, qrifon, kentavr, çiçək, quş və digər naxışlarla bəzəyirdilər.

 

Mənbə: National Geographic Russia

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR