Slimfit
  1. ELM

Şamaxı Rəsədxanası Nasa-nı ittiham etdi: "Yalan məlumat yayıb"

Şamaxı Rəsədxanası Nasa-nı ittiham etdi: "Yalan məlumat yayıb"
Sakura

Şamaxı Rəsədxanası Nasa-nı ittiham etdi: "Yalan məlumat yayıb"

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) qorxunc açıqlama yayıb.

NASA alimləri hər 2000 ildə bir dəfə dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda belə bir asteroidin yerə çox yaxın olduğunu deyib. NASA, “JF1” kod adı olan bu asteroidin yoluna davam edərsə, Yer kürəsinə zərbə vuracağını bildirib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib. 6 May 2022-ci il tarixində bu kosmik qayanın planetimizlə toqquşacağı, potensial olaraq bir şəhəri bir neçə saniyədə məhv edəcəyi və dağıdıcı nəticələrə səbəb ola biləcəyi proqnozlaşdırılıb.

Publika.az məsələ ilə bağlı Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovla əlaqə saxladı.

Direktor bildirdi ki, hansısa asteroidin Yerə yaxınlaşması, yaxud da toqquşma ilə bağlı onda hansısa məlumat yoxdur:

"Orbitlər kəsişə bilər, amma müxtəlif vaxtda keçdiyinə görə toqquşma ehtimalı çox azdır, ümumiyyətlə ehtimal sıfıra bərabərdir. Göy cisimlərinin, orbitlərin kəsişmə ehtimalı var. Orbitlər kəsişir, amma özləri yox. Tutaq ki, biri müstəvinin bir tərəfindən keçir, digəri yüz min ildən sonra gəlib həmin yerdən keçir. Bu, orbitlərin kəsişməsi deməkdir, amma cisimlərin toqquşması deyil. Kimsə dezinformasiya yayıb, NASA-da elə məlumat yoxdur".

Məhərrəm Əliyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR