Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Samir Zülfüqarov Xəlil oğlu

Samir Zülfüqarov Xəlil oğlu
Sakura

DOĞUM TARİXİ: 03/07/1976 VƏFAT TARİXİ: 17/03/1995

3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş kəndində dünyaya göz açmışdır. O, səkkizinci sinfə kimi burada oxumuşdur. Ailə vəziyyəti ağır olduğu üçün, məktəbi yarımçıq qoyaraq  atası  ilə  bərabər işləmiş, ailələrinə dayaq olmuşdur.   1994-cü ilin avqustunda Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir.

Samir Zülfüqarov Yaşma qəsəbəsində yerləşən hərbi hissələrin birində xidmət edirdi. Vətəni canından əziz tutan bu gənc əsgər hərbi xidmətini şərəflə yerinə yetirir və bundan qürur duyurdu. Komandirləri nizamintizamlı, nümunəvi əsgər olduğunu nəzərə alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu vaxt respublikada vəziyyət yenidən gərginləşmişdi. Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. Samir bu hadisədən bərk narahat olmuşdu. Belə bir vaxtda o, evdə necə otura bilərdi?

Cəld hərbi paltarını geyinib, döyüş yoldaşlarının yanına qayıtdı. Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayanmışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi. Qan töküldü. Samir dövlətçiliyimiz, suverenliyimiz uğrunda canını qurban verdi. 17 mart 1995-ci ildə o, əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Dəvəçi rayonunun Ağbaş kəndində dəfn edilmişdir.

Dəvəçi rayon 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR