Slimfit
  1. TEXNOLOGİYA

“Samsung Galaxy Note 9” smartfonu təqdim edilib

“Samsung Galaxy Note 9” smartfonu təqdim edilib
Sakura

Cənubi Koreyanın "Samsung" şirkəti Nyu-Yorkda keçirilən təqdimatda yeni qabaqcıl "Galaxy Note 9" smartfonunu…

Cənubi Koreyanın "Samsung" şirkəti Nyu-Yorkda keçirilən təqdimatda yeni qabaqcıl "Galaxy Note 9" smartfonunu nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti www.ria.ru" resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, ekran diaqonalı 6,4 düym təşkil edən yeni model "Galaxy" istehsal xəttində ən güclü – 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Bildirilir ki, smartfon "microSD" kartlarını dəstəkləyir ki, bu da qurğunun yaddaşını 1 terabaytadək artırmağa imkan verir. Bundan əlavə, yeni "S Pen" stilusu "Bluetooth Low-Energy" (BLE) texnologiya dəstəyi ilə təchiz olunub. İlin sonunadək genişləndirilmiş "S Pen" funksiyaları ilə işləyən əlavələrin sayının artırılacağı gözlənilir.  
 
Qabaqcıl smartfonun əsa kamerasının təsvir ölçüsü 12 meqapiksel, ön kamerasının isə 8,5 meqapiksel təşkil edir. Həmçinin qurğuya foto elementlərinin müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyaları quraşdırılıb.  
 
Smartfon "S Pen" stilusu ilə birlikdə qara, bənövşəyi və mis rənglərində təklif edilir. 128 giqabaytlıq versiyanın pərakəndə satış qiyməti 999.99 dollar, 512 giqabaytlığın isə 1,249.99 dollar təşkil edəcək.
 

 


Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR