Slimfit
  1. TEXNOLOGİYA

Samsung tezliklə oyun smartfonu buraxacaq

Samsung tezliklə oyun smartfonu buraxacaq
Sakura

Samsung tezliklə oyun smartfonu buraxacaq

O, yeni il qabaq olacaq satış mövsümündə təqdim olunacaq

Samsung şirkəti tezliklə oyun smartfonları buraxan istehsalçılarla birləşəcək. Bu barədə Samsung_News_ Twitter sosial şəbəkəsindəki səhifəsində paylaşıb. 

İndi artıq bir neçə istehsalçı oyun smartfonu buraxır - Xiaomi Black Shark, Asus ROG Phone, Razer Phone, Honor Play və Huawei Mate 20 X. Koreya istehsalçısı tezliklə onlara rəqib ola bilər.   

İlkin məlumatlara əsasən, Samsung birkristallı Snapdragon 845 sistemi, 8QB-a qədər əməli yaddaş və 128QB fleş-yaddaş, 4000 MA/s akkumulyator həcmi və Android 8.1 Oreo əməliyyat sistemi ilə olan güclü Galaxy A smartfonu üzərində işləyir. Əsas olan budur ki, onda Galaxy Note 9 flaqmanındakı kimi maye soyutma sistemi olacaq. 

Məhz bu smartfon həmin oyun modeli ola bilər. Dizayna görə o, alüminium çərçivəli şüşə korpuslu, həmçinin nazik çərçivəli Infinity Display ilə olan Galaxy A7 və Galaxy A9 modellərinin xarici görünüşünün əsas özəlliklərini təkrarlayır. 

Oyun smartfonunun anonsu noyabr ayında, məhz yeni il satış mövsümündə gözlənilir. 

 

Mənbə: Ixbt.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR