Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sarımsaq mədəyə düşüncə nələr edir?

Sarımsaq mədəyə düşüncə nələr edir?
Sakura

Sarımsaq mədəyə düşüncə nələr edir?

Sarımsağın bədənin yoluxucu xəstəliklərə qarşı müqavimətini artırdığı çoxdan məlumdur. Ancaq bu, hələ hamısı deyil.

Ens.az xəbər verir ki, Tədqiqatçıların 7 il ərzində apardıqları geniş miqyaslı araşdırmada elm adamları sarımsağın ağciyərlərdə xərçəngin inkişaf riskini azaltdığını müəyyən ediblər. Bu, siqaret çəkənlərə də aiddir.

Alimlərin rəyi xərçəng xəstəsi olan təxminən 2 min xəstə və 5 minə yaxın sağlam insan üzərində aparılmış araşdırmalara əsaslanır. Bu zaman onların yemək rasionu, pis vərdişləri və gündəlik rejimləri nəzərə alınıb.

Nəticələr göstərib ki, bir insan həftədə ən azı 2 dəfə sarımsaq yeyirsə, pis vərdişləri olmadıqda ağciyər xərçənginin yaranma riski demək olar ki, iki dəfə azalıb - 44%. Siqaret çəkənlərdə bu effekt yalnız 30 faiz təşkil edir. Hər halda, bu, sevinmək üçün əsas deyil, belə bir nəticəyə baxmayaraq siqaret çəkənlər siqaret çəkməyənlərə nisbətən bu xəstəlikdən 20 qat daha yüksək riskə sahibdirlər.

Bu nəticələr təzə sarımsağın istifadəsinə aiddir. Termik emaldan və hazırlığın başqa növlərindən sonra sarımsağın faydalı xüsusiyyətləri hələ də öyrənilməkdədir.

Bu qiymətli bitkinin aradan qaldırmaqda kömək etdiyi xəstəliklərin siyahısı yalnız bununla məhdudlaşmır. Onu gündəlik yemək dəriyə, tüklərə faydalı təsir göstərir, bədənin yoluxucu xəstəliklərə soyuqdəyməyə qarşı müqavimətini artırır.

Heç bir başqa tərəvəzdə bu qədər tiamin yoxdur (B1 vitamini). Beynin vaxtından əvvəl qocalmasından qoruyur, yaddaşı yaxşı saxlayır, gümrahlıq yaradır və bədənin immun və sinir sistemlərinin fəaliyyətinə mükəmməl təsir göstərir.

Əlbəttə bu o demək deyil ki, sarımsağı necə gəldi yemək olar! Hər şeydə hədd lazımdır! Sadəcə özünüzü mütəmadi istifadə etmək vərdişinə öyrəşdirin. Özünüzə və yaxınlarınıza qayğı göstərin və sağlam olun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR