Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sarımsaq suyu - gündə yalnız 1 stəkan içsən nə olar?

Sarımsaq suyu - gündə yalnız 1 stəkan içsən nə olar?
Sakura

Sarımsaq suyu - gündə yalnız 1 stəkan içsən nə olar?

Hamımız bilirik ki, sarımsaq soyuqdəymə və epidemiya mövsümündə sağlamlığımız və immunitet sistemimiz üçün çox faydalıdır. O, virus xəstəliklərinin müalicəsində əvəzolunmazdır. Ancaq buna o qədər öyrəşmişik ki, artıq onun unikallığına fikir vermirik. Bu məhsulun faydalı təsirlərinin soyuqdəymədən qorunmaqla məhdudlaşmadığını bilirdinizmi?.

Sarımsaq suyu bədənimiz üçün daha faydalıdır. Bir stəkan sarımsaq suyu sizi bir çox xəstəlikdən xilas edə, immunitetinizi gücləndirə və xarici görünüşünüzü yaxşılaşdıra bilər. Ens.az bildirir ki, hələ bu da hamısı deyil.

1. Sarımsaq suyu böyrəklərin funksiyasını yaxşılaşdırır. İltihabı və ağrı hissini aradan götürür. Bunu alimlər də təsdiqləyir.

2. Qanı daha da durulaşdırır. Yüksək qan təzyiqindən və baş ağrılarından, həmçinin yüksək xolesterindən əziyyət çəkirsinizsə, o zaman qidalanmanıza sarımsaq suyunu da əlavə etməlisiniz.

3. Qanda şəkərin səviyyəsini normallaşdırır. Qanda şəkərin yüksək səviyyəsi diabet və piylənmə kimi ciddi xəstəliklərə səbəb olur. Ancaq çiy sarımsaq asanlıqla qanda şəkərin miqdarını azaldır.

4. Sümüklərinizi gücləndirir. Osteoartrit və oynaq ağrısı dünyada geniş yayılmış xəstəliklərdən biridir. Ancaq sarımsaq bu problemlərdən qurtulmağa kömək edəcək. Bunun üçün hər səhər bir stəkan sarımsaq suyu içmək kifayətdir.

5. Görmə qabiliyyətini yaxşılaşdırır. Alimlər sübut ediblər ki, sarımsaq gözdaxili təzyiqi azaldır və həmçinin göz buynuzları iltihabına səbəb olan viruslarla mübarizə aparır.

Rasionunuza sarımsaq suyu əlavə etmək istəyirsinizsə, bir diş sarımsağı xırda- xırda doğrayın və suya əlavə edin. Sonra yaxşıca qarışdırın və sarımsaq suyu hazırdır!

Təqdim olunan bütün məlumatlar yalnız istiqamətləndirici xarakter daşıyır və həkim məsləhəti olmadan qəti şəkildə istifadə edilə bilməz!

Mənbə: mgorod.kz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR