Ens.az
21 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
MİLLİ QƏHRƏMANLAR

Zaur Sarıyev Rəşid oğlu

DOĞUM TARİXİ: 28/06/1974 VƏFAT TARİXİ: 15/03/1995

407 Baxış
Zaur Sarıyev Rəşid oğlu

28 iyun 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində doğulmuşdur. 1981-ci ildə burada birinci sinfə getmiş,  1989-cu  ildə  onuncu  sinfi bitirmişdir. Həmin il 15 saylı Gəncə şəhəri texniki-peşə məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. Zaur 1993-cü il iyulun 6-da Şəmkir rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağırılır.

Əvvəlcə, Qusar rayonunda yerləşən hərbi hissədə təlim keçir. Çox keçmir ki, onu döyüş bölgəsinə göndərirlər. Gənc əsgərin döyüş yolu Tərlərdən başlayır və Füzuli, Ağdam, Kəlbəcər, Murovdağa qədər uzanır. Cəsur bir döyüşçü kimi o, yoldaşlarının və komandirlərinin hörmətini qazanmışdı.

1994-cü ilin sərt qışı... Zaur bir dəstə döyüşçü yoldaşı ilə birlikdə Murovdağ istiqamətində kəşfiyyata getmək əmri alır. Onlar kəşfiyyat zamanı mühasirəyə düşürlər. İgid əsgərlər düşmənə ciddi müqavimət göstərərək, 13 gündən sonra mühasirədən çıxmağa müvəffəq olurlar. Zaurun əl-ayağı donmuşdu. O, 2 ay müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıdır. Çox keçmir ki, çavuş rütbəsi alır və ona qrup komandirliyi həvalə edilir.

Daha sonra Zaur 776 saylı hərbi hissədə xidmət etməli olur. Uzun döyüş yolu keçmiş cəsur əsgər, sonra daha təhlükəli anlar yaşayır. 1995-ci il martın 13-də bir ovuc üzüdönüyün başçılıq etdiyi silahlı dəstə Azərbaycanın suverenliyinə, müstəqilliyinə zərbə vurmaq üçün ölkədə dövlət çevrilişinə cəhd edir. Nizami ordunun əsgərləri artıq silahlı dəstə ilə üz-üzə qalır. Zaur bu döyüşdə gənc ömrünü Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda qurban verir.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Sarıyev Zaur Rəşid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şəmkir rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Mənbə: Milliqahramanlar.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X