Slimfit
  1. COĞRAFİYA

Saxara 5000 il əvvəl necə olub?

Saxara 5000 il əvvəl necə olub?
Sakura

Saxara 5000 il əvvəl necə olub?

Ən quraq və boş səhralardan biri olan Saxaranın nə vaxtsa “qalın yaşıl xalça” ilə örtüldüyünü təsəvvür etmək çətindir.

Fransız tədqiqatçıları yağış mövsümündə (əvvəllər bu ərazi yüksək yağıntı ilə xarakterizə olunurdu) formalaşması ehtimal edilən qədim çay sistemini aşkar ediblər. Araşdırma nəticələri Nature Communications elmi jurnalında dərc olunub. Alimlərin fikrincə bu beş min il əvvəl Qərbi Saxaradan axan və Atlantik okeanına Mavritaniya ərazisində tökülən Tamanrasset çayı ola bilərdi. Tamanrasset indiyə qədər mövcud olsaydı öz qolları ilə birlikdə dünyanın ən böyük çay hövzələri siyahısında 12-ci sırada ola bilərdi.

Yapon sputniki ALOS (Advanced Land Observing Satellite) və üçölçülü şəklin əldə edilməsi texnologiyasının köməyi ilə alimlər 500km dərinliyində çay boyunca çökünü süxurları aşkar ediblər. Tədqiqatçıların fikrincə indi quru olan ərazidə çoxlu bitki var idi, müxtəlif növ heyvanlar və hətta insanlar da yaşayırdı.

Saxarada çoxlu balıq tutulması və sahilində hətta gərgədanların yaşaması nəzəriyyəsi son illərdə inkişaf etdi. Lakin 2013-cü ildə alimlər hesab edirdi ki, musson yağışları çayı formalaşdırmaq üçün kifayət deyildi.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR