Slimfit
  1. MEDİA

SDU- da “Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi

SDU- da “Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi
Sakura

SDU- da “Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi

Mayın 31-də Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya fakültəsinin  Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev mövzunun əhəmiyyətindən danışaraq bildirdi ki,  məişət zorakılığı ilə bağlı problemlər indi də öz aktuallığını saxlayır və bu bir sosial bəla kimi hələ də cəmiyyətə öz mənfi təsirlərini göstərməkdədir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur.Məişət zorakılığının cəmiyyət üçün ən başlıca ağır fəsadlarından biri də ruhi travma almış uşaqlardır. 

Daha sonra “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında məlumat verən dekan qeyd etdi ki, bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik bazası və dövlət dəstəyi ilə yanaşı, cəmiyyətin, xüsusilə vətəndaş cəmiyyətinin zorakılıq hallarına adekvat reaksiyası olmalıdır. 

Qadınlarımız, xüsusilə də bölgələrdə yaşayan qız uşaqları təhsilə cəlb edilməli, erkən nikahla mübarizədə ciddi ictimai qınaq və sərt cəza tədbirləri həyata keçirilməlidir.

Fakültə  üzrə TEC-in rəhbəri baş müəllim  Dilşad Süleymanlı, Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi  Zahid Bünyadov və tələbələr mövzu ətrafında çıxış edərək bildirdilər ki, məişət zorakılığının və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün  cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs etdilər.

Sonra məişət zorakılığı mövzusunda videoçarx nümayiş olundu, mövzu ətrafında müzakirələr aparıldı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR