Slimfit
  1. MEDİA

SDU-nun tələbələri Beynəlxalq Olimpiadaya qatıldılar

SDU-nun tələbələri Beynəlxalq Olimpiadaya qatıldılar
Sakura

SDU-nun tələbələri Beynəlxalq Olimpiadaya qatıldılar

SDU-nun tələbələri Beynəlxalq Olimpiadaya qatıldılar

Kazan Dövlət Energetika Universitetinin 55 illik yubileyinə həsr olunmuş “Müasir dünyada yüksək texnologiyaların uğurları” adlı I Beynəlxalq olimpiada keçirilmişdir. MDB ölkələrindən 40, Rusiyadaxili isə 55 universitetin qatıldığı beynəlxalq olimpiadada Sumqayıt Dövlət Universitetinin 10 tələbəsi iştirak etmişdir.
Üç bölmə üzrə (ingilis, fransız, alman) təşkil olunmuş olimpiadaya ümumi 315 nəfər iştirakçı qatılmışdır ki, onlardan da 237 nəfər ingilis dilində, 36 nəfər fransız dilində, 42 nəfər isə alman dilində multimedia təqdimatları nümayiş etdirmişlər.
Müsabiqənin nəticələrinə əsasən 40 beynəlxalq universitet arasından Sumqayıt Dövlət Universiteti III yerə layiq görülmüşdür. Göndərilən təqdimatlar arasından SDU-nun 4 tələbəsi fərqlənmişdir. I yerə “Machine language and human logic” (maşın dili və insan məntiqi) mövzusu ilə Mühəndislik fakültəsinin birinci kurs, 652A saylı qrup tələbəsi Şamil Şəmiyev (elmi rəhbər: Xarici dillər kafedrasının müəllimi Jalə Məmmədova), II yerə “Translation of artifical robot terms in Azerbaijani language” (süni robot terminlərinin Azərbaycan dilinə tərcüməsi) mövzusu ilə Mühəndislik fakültəsinin birinci kurs, 652A saylı qrup tələbəsi Zeynəb Quliyeva (elmi rəhbər: Xarici dillər kafedrasının müəllimi Jalə Məmmədova), III yerlərə isə “The impact of social media on children or youngers” (sosial medianın uşaqlara və gənclərə təsiri) mövzusu ilə Filologiya fakültəsinin üçüncü kurs, 936A saylı qrup tələbəsi Aysun Bəhrəmzadə (elmi rəhbər: Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova) və “English idioms related to body parts” (bədən üzvlərini ifadə edən idiomlar) mövzusu ilə Filologiya fakültəsinin ikinci kurs, 944A saylı qrup tələbəsi Jalə Ağadadaşova (elmi rəhbər: Xarici dillər kafedrasının baş müəllimi Səadət Xəlilova) layiq görülmüşlər.
Nəticələri elan edən olimpiada təşkilatçıları SDU-nun Xarici dillər kafedrasına təbrik məktubu ünvanlayaraq qalib gəlmiş tələbələri, onların elmi rəhbərlərini, SDU-nun rəhbərliyini bu uğur münasibətilə təbrik etmiş və iki universitetin Xarici dillər kafedrası arasında əməkdaşlığı davam etdirməyi, gələcəkdə tələbə forumlarının birgə keçirilməsini təklif etmiş və qaliblərə Fəxri diplomların göndəriləcəyini bildirmişlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR