Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Səbuhi Musayev Rəfael oğlu

Səbuhi Musayev Rəfael oğlu
Sakura

Doğum tarixi : 1987 Vəfat tarixi: 2 aprel 2016

Səbuhi Rəfael oğlu Musayev (d. 1987; Bərdə, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Həyatı

Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti

Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Musayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR