Slimfit
  1. AZƏRBAYCAN

Seçkilərlə əlaqədar pul söhbətinə yaxın günlərdə “nöqtə” qoyulacaq

Seçkilərlə əlaqədar pul söhbətinə yaxın günlərdə “nöqtə” qoyulacaq
Sakura

Seçkilərlə əlaqədar pul söhbətinə yaxın günlərdə “nöqtə” qoyulacaq

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə hesabatlar yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Oxu.Az-ın məlumatına görə, bu, Seçki Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir.

Məntəqə seçki komissiyaları səsvermə günündən sonra 5 gün müddətində - fevralın 15-dək maliyyə hesabatını MSK-ya verməlidir.

Dairə seçki komissiyaları isə səsvermə günündən sonra 10 gün müddətində - fevralın 20-dək maliyyə hesabatlarını təqdim etməlidir.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib. MSK dairələr üzrə lider namizədlərin adlarını açıqlayıb. Bu, ilkin rəsmi açıqlamadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR