Slimfit
  1. CƏMİYYƏT

Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

Səfirlik kitabxanaya kitablar hədiyyə etdi
Sakura

Səfirlik kitabxanaya kitablar hədiyyə etdi

İsrailin Azərbaycan Respublikasındakı Səfirliyi Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanasına yəhudi şairi Raxel Bluvşteyn-Selanın kitablarını hədiyyə etdi. Kitabda şairin Azərbaycan və ibri dillərində 25 şeiri nəşr olunmuşdur. Ön sözün müəllifi  İsrailin Azərbaycandakı səfiri Dan Stav qeyd edib ki, İsrail xalqının mənəvi dəyərlərini qoruyub saxlaması və qiymətləndirməyi üçün  Raxel yaradıcılığının İsrail mədəniyyətinin bir hissəsi kimi qorunması çox əhəmiyyətlidir.

1890-cı ildə Rusiyanın Saratov şəhərində anadan olan Raxel sonralar İsrailin Rehovot şəhərinə köçmüşdür. Birinci Dünya müharibəsi illərində xəstəlik tapan şair 16 aprel 1931-ci ildə dünyasını dəyişib. Onun ölümünə bir çox şeirlər həsr olunmuşdur. İbri ədəbiyyatının məşhur şairlərindən biri olan Xaim Naxman Byalik onun haqqında söyləmişdir ki, “poeziyasının qüvvəsiylə dünyasını dəyişən şairə Raxelin şeirlərində sanki fədakarlığa qurban gedənlərin səsi vardı”.

Raxelin bir çox şeirlərinə mahnılar da bəstələnib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR