Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Səhər ac qarına qəhvə içənlərə xəbərdarlıq

Səhər ac qarına qəhvə içənlərə xəbərdarlıq
Sakura

Qəhvə haqqında fikirlər birmənalı deyil. Bəziləri onun zərərli, bəziləri xeyirli olduğunu söyləyir

Qəhvə haqqında fikirlər birmənalı deyil. Bəziləri onun zərərli, bəziləri xeyirli olduğu haqda fikirlər söyləyir. Bu mövzuda ən böyük mübahisələrdən biri də səhər günə qəhvə ilə başlamaqdır. “Gencaile.az” bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

Həkimlər nahar etmədən günə sadəcə qəhvə ilə başlayanların öz səhhətlərini təhlükəyə atdıqlarını deyirlər. Belə ki, bu, ilk növbədə, həmin insanın həm bədəni, həm də psixologiyasına mənfi təsir göstərir. Günə yalnız qəhvə içərək başlayanlarda ürək döyüntüsü, qastrit və mədə riski daha yüksəkdir.

 

Nahar şərtdir

Xüsusilə yaz aylarında nizamlı səhər yeməyi yemək vacibdir. Son dövrdə qəhvə içib işə getmək ənənə halını alıb. Bunu edən insanlar qəhvənin enerji verdiyini düşünürlər. Halbuki qəhvə kafein ehtiva etdiyi üçün diqqəti artırsa belə, bədənə enerji vermir. Səhərlər yalnız bir fincan qəhvə içib işə başlayanlarda ürək döyüntüsü, qastrit və mədə spazmı müşahidə edilir. Bunun əvəzinə gündə 2-3 litr su içmək məsləhətdir. Mütləq evdən çıxmazdan əvvəl ən azından bir dilim çörək, bal, bir stəkan çayla da olsa, səhər yeməyi yeyin. Səhər yeməyi bədənin immunitet sistemi üçün böyük əhəmiyyət daşıyır. Yaxşı səhər yeməyi nəticəsində bədən aldığı enerji sayəsində istiliyini – 37.5 dərəcəni qoruyur. Gündə 2- 3 litr su isə bədənimizdə istiliyə nəzarət edir.

Həmçinin çox isti günlərdə bədən hərarətini aşağı salmaq üçün su içmək lazımdır. Ayran və ev şəraitində hazırlayacağınız təbii su və şirələr də içə bilərsiniz. İsti havada bədən tərləmə yolu ilə natrium və kalium itirir. Natrium və kalium ehtiyacı üçün duzlu ayran və ya mineral su içmək məsləhətdir.

Mənbə:Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR