Slimfit
  1. CƏMİYYƏT

Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"

Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
Sakura

Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"

1990-cı ilin 20 Yanvar faciəsindən 35 il ötür.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Bakıda qırğınların törədiləcəyindən xəbərdar olan ermənilər Naxçıvan istiqamətində də iğtişaşlara cəhd edirlər və yanvarın 19-dan etibarən burada döyüşlər başlayır. Vətənini qoruyarkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igidlərdən biri də Naxçıvan sakini Abbasəli Nəzərəliyevdir. Şəhidin həyat yoldaşı Mədinə Nəzərəliyeva qəhrəmanımızla bağlı xatirələrini bölüşüb.

"Yanvarın 14-də hər iki qardaş cəbhəyə yazıldı. Sədərək istiqamətində gedən döyüşlərdə iştirak edən Abbasəli ayın 19-da evə gəldi. 20-də səhər qızını öpüb, sonuncu dəfə sağollaşırmış kimi mənə baxdı və evdən çıxdı. Qonşu gəlib dedi ki, axşam Bakıda insanları qırıblar. Həmin gün bütün qohum-əqrəba bizdə idi. Hamı Abbasəlinin şəhid olduğunu bilirdi, amma bizim xəbərimiz yox idi. Abbasəli Vətənini, xalqını çox sevirdi. İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq", - deyə M.Nəzərəliyeva qeyd edib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR