Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid Vüqar Yusifovun xatirəsi anıldı

Şəhid Vüqar Yusifovun xatirəsi anıldı
Sakura

Şəhid Vüqar Yusifovun xatirəsi anıldı

Noyabrın 2-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunmuş “Şəhidlik ölümsüzlükdür” adlı  anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbir şəhid polkovnikin üç övladının dövlət himnini canlı ifa etməsilə başlayıb.

Tədbirdə şəhid polkovnikin ailə üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, millət vəkilləri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, qazilər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər. 

Tədbirdə “Gənclər Fondu”nun maliyyə dəstəyilə çəkilmiş, şəhid polkovnikin döyüş yolunu əks etdirən “Vüqarlı dağlar” sənədli filminin də təqdimatı keçirilib.

Tədbirdə son çıxışı əfsanəvi kəşfiyatçı, Murov Qartalı polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə şəhidlərimizin xatirəsini daim yaşatmaq və gənclərimiz arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə mütəmadi olaraq məktəb və universitetlərdə də tədbirlər təşkil etdiklərini və bu işlərin görülməsində onlara dəstək olan hər kəsə təşəkkürlərini bildirib.

 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR