Slimfit
  1. TƏBİƏT

Səhra

Səhra
Sakura

Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür

Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi.

Xüsusiyyətləri

Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7-30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır. Orta Asiya səhralarında yağıntının illik miqdarı 60–150 mm, Mərkəzi Asiya (Təklə-Məkan) 9 mm, tropik səhralarda isə hər yerdə 100 mm-dən azdır.[1]

Şimali Afrika və Ərəbistan səhralarında bir neçə il ərzində yağış düşməyən yerlər də vardır. Səhraların zəbt etdiyi ərazi bütün qurunun təqribən 30%-ni tutur. Səth quruluşuna görə səhralar qumlu, daşlı, gilli və şoranlı səhralara bölünür. Qarlı səhralar da mövcuddur (Antarktida və Arktikada). Ən məşhur səhra Afrikanın demək olar ki bütün şimalını əhatə edən Saxara səhrasıdır. Dünyanın ən iri duzlu səhrası Salar-De-Uyuni səhrasıdır.

İsti səhralarda temperatur gündüz +50 °C-dən yuxarı, gecə isə 0 °C-dən aşağı ola bilər.

Səhralarda illik yağıntının miqdarı çox aşağı olur.

Amerika səhralarında ən çox rast gəlinən bitki kaktusdur.

 

Azərbaycanda vəziyyət

Azərbaycan Respublikası üçün səhralar xarakterik deyil. Burada səhraya yaxın landşaft fraqmentləri Abşeron yarımadasında, Kür-Araz ovalığında, Naxçıvan-nın Araz boyu ərazisində təsadüf edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR